adalet.az header logo
  • Bakı -°C
30 Sentyabr 2026 11:04
68
DÜNYA
A- A+

Dubaydan Tel-Əvivə uçan təyyarə qaçırılıb? - Netanyahu təcili iclas keçirir

"FlyDubai" aviaşirkətinə məxsus, təyyarənin qaçırılması cəhdi barədə siqnal verən təyyarə Səudiyyə Ərəbistanındakı hava limanına eniş edib.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, insidentə göyərtədəki ekipaj üzvləri arasında baş vermiş mübahisə səbəb ola bilər. Təyyarənin təhlükəsizliyinə hər hansı təhdid aşkar edilməyib.

***

Dubaydan Təl-Əvivə uçan "FlyDubai" təyyarəsinin pilotu təcili yayım etdikdən sonra İsrailin baş naziri və müdafiə naziri təhlükəsizlik məsləhətləşmələri keçirirlər.

Adalet.az xəbər verir ki,  bu barədə CNN mlumat yayıb. 

Qeyd olunur ki, təyyarə Səudiyyə Ərəbistanına yönləndirilib və tezliklə orada eniş etməsi gözlənilir.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü CNN-ə bildirib ki, təcili mesaj göndərildikdən sonra İsrail qırıcı təyyarələri havaya qalxıb.

***

BƏƏ-dən İsrailə uçan "FlyDubai" reysində fövqəladə vəziyyət yaranıb.

Adalet.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Təyyarə mümkün qaçırılma barədə siqnal verib və radarlardan yoxa çıxıb.