Dünyanı heyrətləndirən müəmmalı El Ojo adası: UNO-lar tikib?
Planetimizdə hələ də naməlum möcüzələr var və onlardan biri Argentinadakı El Ojo adasıdır. İspan dilində "göz" mənasını verən El Ojo özünəməxsus forması və hərəkətli quruluşu ilə bir çox insanın diqqətini çəkir.
Adalet.az xəbər verir ki, Argentinanın Buenos-Ayres əyalətindəki Parana Deltasında yerləşən 120 metr hündürlüyündəki El Ojo, sanki kompaslarla çəkilmiş kimi mükəmməl forması ilə görən hər kəsi heyran edir. Çünki ada öz oxu ətrafında daim saat əqrəbi istiqamətində hərəkət edir.
Əfsanələrin mövzusu olan ada yuxarıdan baxanda nəhəng bir gözü xatırladır. Ada 2003-cü ildən mövcud olsa da, vaxt və necə yarandığını heç kim bilmir.
Amma ada yalnız 2016-cı ildə argentinalı kinorejissor Sergio Neuspiller tərəfindən Google Earth vasitəsilə kəşf edilib.
Türkiyə, ABŞ, Sinqapur və bir çox başqa ölkələrdə hərəkət edən və ya üzən adalara rast gəlmək mümkündür. Ancaq adanın öz oxu ətrafında fırlanması misli görünməmiş bir hadisə olduğu üçün bütün diqqətləri cəlb edir. El Ojo-nun öz oxu ətrafında fırlanmasının səbəbi məlum deyil, lakin alimlər bunu cərəyanla əlaqələndirirlər.
El Ojo izah olunmayan xüsusiyyətlərinə görə paranormal hadisələrlə də əlaqələndirilir. Hətta bu adanı yadplanetlilərin tikdiyi önə sürülür.
Əntiqə Rəşid
Digər Xəbərlər
30 Oktyabr 2026 11:25
Üç il boyunca qarnında "daş körpə" daşıdı
30 Oktyabr 2026 09:58
Qadınlarda qocalmanı ləngidən əlçatan məhsul
29 Oktyabr 2026 13:06
Rey Kərimoğlu: Ağdamlı günlər - VİDEO
29 Oktyabr 2026 07:02
Dünyaya ata olmaq üçün gələn 3 bürc
29 Oktyabr 2026 07:00
Evlərini satıb ömürlük səyahətə çıxmışdılar - Gəmi yolda qaldı
29 Oktyabr 2026 06:57
Yemək zamanı telefon istifadəsini qadağan edirlər
28 Oktyabr 2026 13:11
Tanınmış jurnalist "Bolmart"dan aldığı çörəkdə şübhəli ləkələr və kif aşkarladı - FOTO
26 Oktyabr 2026 21:00


Bakı -°C

