Dünyanın məglubedilməz ölkələri: Türkiyə ilk onluqda
Süni intellekt tərəfindən toplanan məlumatlara əsasən, işğalı çox çətin olan ölkələrin siyahısını müəyyən edən hesabat hazırlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyədə fəaliyyət göstərən və ermənilərə məxsus ermenihaber.am məlumat yayıb.
Siyahının başında Amerika Birləşmiş Ştatlarıdır. Qeyd edilir ki, onun coğrafi mövqeyi, böyük hərbi büdcəsi və nüvə qabiliyyəti ABŞ-ın işğalını demək olar ki, qeyri-mümkün edən əsas elementlərdir.
ABŞ-dan sonra Çin və Rusiya gəlir. Çin üçün aşağıdakı ilkin şərtlər vurğulanır: böyük ordu və hipersəs silahları.
Rusiya üçün əsas şərtlər geniş ərazi və sərt iqlimdir.
Həmin siyahıya əsasən İsveçrə 4-cü, Hindistan 5-ci, Türkiyə isə 6-cı yerdədir. Xüsusilə Türkiyə üçün strateji və əlçatmaz coğrafi mövqeyə malik olduğu, NATO-nun üzvü olduğu, inkişaf etmiş hərbi-sənaye kompleksinə malik olduğu qeyd edilir.
Əntiqə Rəşid
Digər Xəbərlər
30 Oktyabr 2026 11:25
Üç il boyunca qarnında "daş körpə" daşıdı
30 Oktyabr 2026 09:58
Qadınlarda qocalmanı ləngidən əlçatan məhsul
29 Oktyabr 2026 13:06
Rey Kərimoğlu: Ağdamlı günlər - VİDEO
29 Oktyabr 2026 07:02
Dünyaya ata olmaq üçün gələn 3 bürc
29 Oktyabr 2026 07:00
Evlərini satıb ömürlük səyahətə çıxmışdılar - Gəmi yolda qaldı
29 Oktyabr 2026 06:57
Yemək zamanı telefon istifadəsini qadağan edirlər
28 Oktyabr 2026 13:11
Tanınmış jurnalist "Bolmart"dan aldığı çörəkdə şübhəli ləkələr və kif aşkarladı - FOTO
26 Oktyabr 2026 21:00


Bakı -°C

