DYP piyadalara müraciət etdi
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
İdarədən Adalet.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Payız-qış mövsümü üçün xarakterik olan hava şəraiti digər hərəkət iştirakçıları kimi piyadalar üçün də bir sıra çətinliklər yaradır. Xüsusilə havanın tez qaralması, yağıntılarla əlaqədar yolların sürüşkən olması piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayına bilavasitə təsir göstərir.
Təsadüfü deyildir ki, yağışla müşahidə olunan son üç gün ərzində 4 nəfərin həlak olması, 4 nəfərin xəsarət alması ilə nəticələnən 7 piyadavurma hadisəsi qeydə alınıb ki, həmin qəzaların mütləq əksəriyyəti havanın qaranlıq vaxtı baş verib.
Bununla yanaşı, əksər hallarda piyadaların qeyri-sabit hava şəraitini düzgün qiymətləndirməməsi, daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük verməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitini də nəzərə alaraq, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə, öz həyat və sağlamlıqlarına qarşı diqqətli olmağa çağırır".
Digər Xəbərlər
02 Oktyabr 2026 16:30
YAP-ın VIII Qurultayı başa çatdı
02 Oktyabr 2026 16:29
YAP Təftiş Komissiyasının yeni tərkibi
02 Oktyabr 2026 16:28
YAP İdarə Heyətinə 5 yeni üzv seçilib
02 Oktyabr 2026 16:02
Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı
02 Oktyabr 2026 15:58
Onlar YAP-ın İdarə Heyətinin üzvləri seçildilər - SİYAHI
02 Oktyabr 2026 15:46
Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM
02 Oktyabr 2026 15:32
"Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir" - General
02 Oktyabr 2026 14:32


Bakı -°C

