“Bir cəmiyyətin təhsili bərbaddırsa, orada düz-əməlli...”
“Erix Frommun sosial və fərdi xarakter bölgüsü cəmiyyətimizin izahı üçün maraqlı baxış bucağı açır. Sosial xarakter insanın cəmiyyətlə münasibətləri nəticəsində formalaşır, fərdi xarakter isə insanın, bir növ, cəmiyyətdən gizlədiyi üzüdür. Fromm yazır: "tabe olmaqdan həzz almaq korlanmış sosial xarakterə xasdır". Bu cür korlanmış sosial xarakter bu həzzin ona tabe olmaq bahasına başa gəldiyini bilir və qisasını fərdi xarakterin gücünün yetdiyi yerdə alır. Buradakı “tabe olmaq” ifadəsi qıcıqlandırıcıdır”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
Onun sözlərinə görə, bizdə çox adam tabe olmamağı öhdəlikləri yerinə yetirməmək, yaxud boynuna minmək kimi anlayır:
“Bu da korlanmış fərdi xarakterdir. Orta əsrlərdə sosial xarakteri din formalaşdırırdı, bu gün təhsil və humanitar elmlər, xüsusilə ədəbiyyat formalaşdırır. Yəni bir cəmiyyət öz məktəbinin, universitetinin böyüdülmüş şəklidir. Məktəb, universitet hansı ictimai-sosial dəyərlərə söykənirsə, məzunları da o dəyərlərə söykənən sosial sistemlər qururlar. Biz deyirik: “filankəsin övladı dünyaya göz açıb”. Yanlış deyimdir. Filankəsin övladının göz açdığı dünya özündən əvvəlki nəslin qurduğu sosial sistemdir. İnsan dünya ilə içində doğulduğu sistem vasitəsilə əlaqə qura bilər. “Dünyaya göz açmaq” ifadəsi məcazdır. Bir cəmiyyətin təhsili bərbaddırsa, üstəgəl, ədəbiyyatı da yoxdursa, orada düz-əməlli sosial xarakter formalaşa bilməz. Belə bir cəmiyyətdə özünü qorumağa çalışan fərdi xarakter isə “çirkin ördək balası” olmağa məhkumdur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
06 Dekabr 2025 18:29
Bəxtiyar Vahabzadə yaradıcılığında Səməd Vurğun obrazı
06 Dekabr 2025 13:58
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olundu
06 Dekabr 2025 09:26
“Bu ədəbiyyatdan bixəbərlər mədəniyyətsiz və nankordurlar...”
05 Dekabr 2025 18:10
Seyid Əzim Şirvaninin 190 illik yubileyi keçirildi
05 Dekabr 2025 12:47
Niyə yəhudilərdə milliyət ana xətti ilə müəyyən edilir? - Murad Köhnəqala yazır
04 Dekabr 2025 13:33
Bitməyən komediyaya sözardı və ya “Gülçöhrə və Əsgər” pyesinə yazılan ağı... - Esmira İsmayılova yazır
04 Dekabr 2025 12:39
Həyat imtahandır və ya nə yaxşı ki, yaxşılar var
03 Dekabr 2025 16:16


Bakı -°C

