“Kənd yumurtası bazarda qiymətləri təyin etmir, daha baha satılır...”
“Ölkədə 5 milyon yumurta istehsalı var və əhalinin təlabatı isə 3,5 milyondur. Həmişə də bu rəqəmlər səsləndirilib. Mal ətinin bahalaşması və yaxud dabaq xəstəliyi toyuq ətinin qiymətini artıra bilər. Yumurta ətin əvəzedicisi deyil. Əhalinin isə yumurtaya təlabatı kəskin arta bilməz”.
Bunu Adalet.az-a açıqlamasında iqtisadçı Xaliq Kərimli deyib.
İqtisadçının sözlərinə görə, yumurta bahalaşa bilər:
“Sahibkarlıq xərci ötən illə müqayisədə çoxdur və imkan tapan kimi də qiyməti bahalaşdıra bilirlər. Bazarda da rəqabət elə də çox deyil. Yəni bir neçə inkubator var ki, qiymətləri təyin edə bilir. Onsuz da 10-12 qəpiyə yumurta qiyməti sahibkarlara sərf etmir. Onlar ziyana gedirlər. Zaman-zaman yumurta qiymətlərində artım və azalma müşahidə olunur.
Kənd yumurtası bazarda qiymətləri təyin etmir. Bu yumurta daha baha satılır və premium hesab olunur. Kənd yumurtası bazardakı qiymətlərə təsir edəcək gücdə deyil. Bazardakı qiymətlər şəhərdə formalaşdığına görə, qiyməti kənd yumurtaları təyin etmir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
21 Noyabr 2025 13:04
Naxçıvanda sahibkarlığın inkişafı üçün yeni vergi güzəştləri
21 Noyabr 2025 13:03
Azərbaycanda bu müəssisələr üçün vergi güzəştləri müəyyənləşir
21 Noyabr 2025 13:02
Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
21 Noyabr 2025 13:00
Vergidə uçota durmayanlar üçün - 200 manat cərimə
21 Noyabr 2025 13:00
Evini kirayə verənlər nə qədər vergi verəcək?
21 Noyabr 2025 12:59
Artıq ödənilmiş vergilərin qaytarılması qaydaları dəyişir
21 Noyabr 2025 12:58
7 illik vergi güzəşti ləğv olunur - Bu qədər ödəyəcəyik
21 Noyabr 2025 12:57


Bakı -°C

