“Kəlbəcər döyüşlə düşmən tapdağından xilas edilsəydi...”
“Vətənimizin bizim üçün əziz, müqəddəs olan hər bir qarış torpağında Kələbəcərin xüsusi yeri vardır. Kələbəcər deyəndə əsrarəngiz təbiəti, şəfalı suları, can dərmanı nemətləri, mərd insanları, qəhrəman oğulları göz önünə gəlir. Rayonun 2023-cü il noyabrın 25-də bir güllə atılmadan azad edilməsi cənab Prezidentimiz İlham Əliyev diplomatiyasının böyük uğurudur”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, millət vəkili Musa Qasımlı deyib.
O, bildirib ki, Kəlbəcər döyüşlə düşmən tapdağından xilas edilsəydi nə qədər şəhid verərdik:
“Allah bütün şəhidlərimizə rəhmət eləsin! 1993-cü ilin aprelində Kəlbəcər işğal edilərkən sakinlər rayonu ağır vəziyyətdə tərk etmişdilərsə, hazırda rayon dövlət büdcəmizin hesabına yenidən tikilir, sakinlər planlı halda dədə-baba torpaqlarında müasir binalarda mənzillərə yerləşdirilirlər. Bir neçə il sonra Kəlbəcər dünyanın məşhur turizm, sanatoriya-kurort mərkəzlərindən birinə çevriləcəkdir. Hər bir məsələyə əsasən müqayisədə düzgün qiymət vermək olar. Amma bütün müqayisələr də bəzən hər şeyi tam göstərə bilmir. Keçilən yolu doğru başa düşməkdən, düzgün nəticələr çıxarmaqdan və gələcəyimizə işıq tutmaqdan ötrü özümüzə bir neçə sual verməliyik. Kəlbəcər necə və hansı şəraitdə işğal edilmişdi, necə və hansı şəraitdə düşməndən azad edildi? Millətimiz kimin, kimlərin fəaliyyəti və nəyin nəticəsində fəlakətli vəziyyətə, qaranlığa düşmüşdü, kimin fəaliyyəti və nəyin hesabına məqsədlərinə çatdı, yolu işıqlandı? Millətimizi arzularına çatdıranlar, yolunu işıqlı edənlər daim onun başı üstündə olsunlar! Kəlbəcər şəhər günümüz mübarək olsun! P.S. Kəlbəcərın işğalını və azad edildikdən sonrakı şəraiti əks etdirən bir neçə fotoşəkil yaxın tariximizdən düzgün nəticə çıxarmaqdan və ibrət almaqdan ötrü faydalıdır. Xüsusən gənc nəsil üçün”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 Oktyabr 2026 23:05
Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi
30 Oktyabr 2026 22:10
Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı
30 Oktyabr 2026 21:30
Ərdoğanla Ceyhun Bayramovun səmimi görüşü - FOTO
30 Oktyabr 2026 21:10
Ərdoğan Ceyhun Bayramovu qəbul etdi - YENİLƏNİB
30 Oktyabr 2026 18:47
Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışı etdilər - FOTOLAR
30 Oktyabr 2026 17:58
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edəcək
30 Oktyabr 2026 17:42
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı - YENİLƏNİB
30 Oktyabr 2026 17:10


Bakı -°C

