Polietilen paketlərə "yox!" deyək...
Bu gün dünyada ekologiyanı korlayan bir çox səbəblər var.Təbii ki, havanı, suyu , torpağı yad və zərərli vasitələrdən qorumaq üçün böyük layihələr həyata keçirilir. Onlardan biri də, torpağa atılan polietilen paketlərdir.
Artıq bir neçə ildir ki,bu məsələni həll etmək üçün ölkəmizdə bir çox layihələr gerçəkləşdirilir.Bu məqsədlə təbliğat , təşviqat və maarifləndirmə işləri aparılır. Hətta belə bir deviz var:" Polietilen paketlərə " yox!" deyək.Düzdür, bu məqsədlə əksər market və mağazalarda polietilen paketlərin satışı dayandırıldı.
Mütəxəssislərin dediyinə görə, bu paketlər torpağa atılandan sonra 400- 1000 il çürümür bə torpağı ekoloji cəhətdən çirkləndirir.Amma aparılan maarifləndirmə işlərinə baxmayaraq, yeni market və mağazalarda polietilen paketlərin satışı təşkil edilir, onu istifadə etdikdən sonra hara gəldi atırlar.Bu paketlər ən azından istifadə edildikdən sonra, zibil qutularına atılmalıdır.
Təəssüf ki, onu zibil qutusundan çox yolun ortasına, parka, xiyabana, ağacların arasına, torpağın üstünə atırlar. Bir neçə saat bundan əvvəl " Ballı" marketin yanından keçirdim , yerə çoxlu polietilen paketlərin atıldığını gördüm və bir daha yəqin etdim ki, insanlar belə hərəkətləri ilə torpağı, ekologiyanı çirkləndirməkdə davam edir! Təəssüf, min təəssüf!
Emil Faiqoğlu
Digər Xəbərlər
22 Oktyabr 2026 12:21
Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi
22 Oktyabr 2026 11:42
Payız niyə yaz kimi keçir?
22 Oktyabr 2026 00:00
Alyona Əliyeva ukraynalı uşaqlarla İçərişəhəri gəzdi - FOTOLAR
21 Oktyabr 2026 12:42


Bakı -°C

