Zahid Oruc :“Avropalı siyəsətçilərin beynində 26 sentyabr erası hələ yaşayır”
“Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi “işğal partiyası”na və təcavüzkarlığa 35 il verilən dəstəyin Qələbəmizdən sonrakı davamıdır. Qərbli çinovniklər və millət vəkillərinin nəzərində nəticəsini tanımadıqları Zəfərimiz hələ baş verməyib, avropalı siyəsətçilərin beynində 26 sentyabr erası hələ yaşayır. Xalq Cəbhələri ikinci dünya müharibəsindən əvvəl faşizmə qarşı silah kimi yaradılıb, daha sonra sovetləri iflasa uğratmaq üçün alət olub, indi isə müstəqil ölkəmizə qarşı tətbiq olunur”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib.
Millət vəkili bildirib ki, faktiki olaraq, 90-cı illərdə hakimiyyətə gətirilən belə qüvvənin üzərindən bir vaxtlar Qorbaçovdan ermənilərə müstəqillik tələb edənlər sonra məhz AXC-nin etnik barışmazlıq siyasətini əldə bayraq edib Azərbaycana qarşı sərt sanksiyalar tətbiq etdilər:
“İndi heç bir tərəfdar gücü olmayan bir siyasi qüvvənin adı ilə qəbul edilən qərar faktiki ölkəmiz üzərində qurulan prokuror və hakim davranışının göstəricisi, ölkəmizin müstəqil məhkəmə sisteminin qəbul edilməməsi deməkdir. ABŞ-nin tarixində heç bir lider Donadl Tramp qədər Azərbaycan liderinə heyranlığını ifadə etməyib, özünün sosial paylaşımlarında açıq simpatiya göstərməyib, USAİD kimi qurumların adı yumşaq, mahiyyətcə sərt güc-rejim dəyişdirmə əməliyyatlarının ifşası nəticə etibarilə ölkəmizə qarşı təzyiq imkanlarını tükədib, indi hansı metodla geosiyasi təsir qazanacaqlarını bilmirlər”.
Z.Oruc deyib ki, 8 avqust Vaşinqton razılaşması Brüsseli zərbə altında qoydu:
“Azərbaycanın varlığı tarixində belə legitimlik və yüksək tanınma olmayıb. Digər tərəfdən, İlham Əliyev Ermənistanı Avropanın əlindən alıb, onun imeriya maraqlarına xidmət imkanlarına zərbə vurulub. İndi Azərbaycana təzyiq üçün mütləq yeni daxili xəyanətkarlar gərəkdir. Sülh Qərb üçün təhlükə törədir, bölgəni sümürməyə vasitələr qalmır. Hakimiyyət çevrilişinə hansı ölkənin dəstək verdiyi ortada olduğu halda indi guya Ukrayna məsələsində qlobal koalisiya quranlar Azərbaycan məsələsində dövlət çevrilişinə dəstək verirlər. İndi rəsmi Kiyevin bizim xalqımız üzərində aparılan 30 illik möhtəkirlik kampaniyalarının guya 51 dövlətlə Rusiyaya qarşı deyil, hakimiyyəti dəyişdirməyə çalışanların yanında olmaqla qalib iqtidarı nə üçün süngü qarşıladıqlarını göstərirlər. Qələbəmiz həmçinin, Avropa Parlamentinin üzərində qazanılıb. Eva Kaylin adlı vitse przidentin korrupsiya üstündə həbsi siyasi lobbimizn bütün prinsiplərə zərbə vurduğunu göstərir.. Siz bir zəngilanlının, yaxud kəlbəcərlinin lehinə qərar, yaxud onların evlərini tikintisinə bir sent yardım etməmələri yüksək ideallar haqda bəlagətli nitqləri ifşa edir. Bir vaxtlar Marşal planı ilə dağılmış Avropanı quranlar indi insan haqları adı altında 20 faiz ərazidə bir tikiliyə yardımçı olaraq, qurucu Qərb mütəfəkkirlərinin ruhunu şad etmək istəmirlər”.
Deputat deyib ki, 2 dekbarda Ermənistanda Qarabağ danışqılarına dair keçmiş sənədlər ictimaiyətə açıqlandı və üzə çıxdı ki, Ali Baş Komandan bağlı qapıları necə açıb, bütövlüyümzü üçün necə diplomatik siyasi döyüşüb:
“Əvəzində Minsk Qrupu bölgəni sümürmək üçün hansı təklifləri irəli sürüb. Əli Kərimli pasporta malik deyilsə, heç olamasa daxildə bircə dəfə Ağdama getsəydi, göstərərdi ki, Qərbin yeni Vətən quruculuğuna münasibətində tələdə yem kimi iştirak etməsin. Qarabağ təkcə daxildə siyasi hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin əlindən çıxmayıb, həm də beynəlxalq dairələrin Cənubi Qafqaz üzərində apardıqları “zəif bənd” siyasətini mümkünsüz edir. Ona görə də belə qətnamələr ölkəmizi seçdiyi yoldan döndərə bilməz. Qətnaməni oxuyarkən, Almaniyanın müdafiə naziri Boris Pistoriusun müsahibəsində dediyi bir ifadə Strasburq və Brüsselin məqsədlərini tam faş etdiyini göstərir. O deyir-Avropanın təhlükəsizliyi üçün Ukrayna müharibəi davam etməlidir..Belə sinizmin və acımasızlığının parlaq nümunəsi .az görünür. Deməli, bir millətin faciəsi qoca qitənin maraqlarına yarayır. Frans Xalq Cəbhəsini təmsil edən Marin li Penin ağır sanksiyaya məruz qalmasına həmin Parlamentin dəstək vermədiyi halda ölkəmizə qarşı belə əl atması prinsiplərin deyil, məhz mənafelərin üstün tutulduğunu növbəti dəfə təsdiqləyir. Qətnamələr Qələbəmizi əlimizdən ala bilməz”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

