adalet.az header logo
  • Bakı -°C
19 Dekabr 2025 15:25
56
HADİSƏ
A- A+

Rusiya müharibəsinə yollanan Ağdaş sakinindən bir ildir xəbər yoxdu – FOTOLAR

Ağdaş rayon Kotanarx kənd sakini, 1992-ci il təvəllüdlü Baxışov Səbuhi Dağlar oğlu Rusiya-Ukrayna müharibəsində itkin düşüb. 

Bu haqda Adalet.az-a onun bibisi Xəzəngül Baxışova məlumat verib. O, deyib ki, Səbuhi Rusiyanın Orenburq şəhərindən müharibəyə göndərilib.

“Səbuhi 2024-cü ilin sentyabr ayında müharibəyə aparılıb. Həmin ilin dekabr ayından isə onunla əlaqələr kəsildi. Artıq bir ildir ki, Səbuhidən xəbər yoxdur. Bizə onun itkin düşdüyünü bildirirlər. Səbuhinin anası artıq beş aydır ki, Orenburqdadır və oğlundan xəbər gözləyir. O, ailəlidir və qızı dördüncü sinifdə oxuyur. Səbuhinin tapılması üçün aidiyyatı qurumlardan kömək istəyirik”, - deyə o, bildirib. 

Vasif