“Hacıbala Bakıdakı evlərindən birini mənə versin, barışaq, yoxsa...” – Şeyx Əbdül
Xəbər verdiyimiz kimi uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Hacıbala Abutalıbov Bakıdan Qaxın Ağçay kəndindəki villasına köçüb. Yaxınlarının dediyinə görə, o, yaşlı vaxtlarını kənddə keçirməyi üstün tutub.
Hacıbala Abutalıbovla həmişə mətbuatda ev probleminə görə qalmaqalla gündəmə gələn Xalq artisti Şeyx Əbdül Mahmudbəyov onun kəndə köçməsinə münasibət bildirib.
O, Adalet.az-a açıqlamasında deyib ki, halallıq yaxşı şeydir, gərək Hacıbala Abutalıbov Bakıdakı evlərdən birinə mənə versin:
“Hacıbala Abutalıbovun Qaxdakı villasını tanıyıram, mənə göstəriblər. Mən Hacıbala müəllimi salamlayıram, yeni məkanı mübarək olsun. Amma əsas məkan axirət dünyasıdır. Ora necə gedəcək, bilmirəm, mənə elədiyi pisliyə görə, ona rəhmət oxumayacam, xeyir-dua vermirəm. Qaxdakı villası sağlığına qismət olsun, amma Bakıdakı evlərindən birini mənə versin ki, onunla barışıq edim, namaz vaxtı dualarımda dediklərimi geri götürüm. Ya da evimin pulunu versin, gedim özümə ev alım. Yoxsa, son nəfəsimə kimi qarğışlarımda olacaq. Çünki mən ona görə damda yaşayıram. Mənimlə görüşə-görüşə, öpüşə-öpüşə niyə Ramiz Mehdiyevin tapşırığı ilə pislik etdi, anlamıram. Dörd məhkəmə qərarı var və bunları icra etmək lazımdır. Ona görə, Hacıbala müəllim mənimlə razılığa gəlməlidir, buna imkanı da var”.
Şeyx Əbdül deyib ki, Hacıbala Abutalıbovla bağlı Prezidentə geniş bir məktub hazırlayıb:
“Ya məhkəmə qətnamələrini icra etməlidir, ya da məsuliyyətə cəlb olunmalıdır. Onsuz da məhkəməyə yenə müraciət edəcəm. Ona görə də, mən təklif edirəm ki, haqqımı versin, mənim haqqım dördotaqlı evdir. Mənim evsiz qalmağımın, damda yaşamağımın günahkarı Hacıbala Abutalıbovdur”.
Qeyd edək ki, “Qış parkı”nda yeraltı dayanacaqlar tikilən zaman Şeyx Əbdülün yaşadığı bina qəzalı vəziyyətə düşüb.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
18 Fevral 2026 09:00
AQİL ABBAS: "MƏNƏ GÖRƏ, AĞDAMIN QOXUSU RƏMİŞ, SƏXAVƏT VƏ QƏDİRDİR" - VİDEO
17 Fevral 2026 15:31
Azərbaycanda rejissorun həbsi istənildi
16 Fevral 2026 20:06
Döyüşçü güllə altında Məmməd Səfaya niyə zəng etmişdi? - VİDEO
16 Fevral 2026 20:01
Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olundu
16 Fevral 2026 17:15
“Baba Vəziroğluyla heç bir problemim yoxdur, qırx ilin dostuyuq...” – Şeyx Əbdül
16 Fevral 2026 11:23
Aktyor: “Qorxmursuz balalarınızın gələcəyindən”?
16 Fevral 2026 09:24
Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO
14 Fevral 2026 16:24


Bakı -°C

