adalet.az header logo
  • Bakı -°C
25 Yanvar 2026 20:01
62
ƏDƏBİYYAT
A- A+

Elm arxasınca gedənlər niyə azalıb?

Sovet dönəmində  alimə, professora çox  böyük hörmət vardı. Hətta ali məktəblərin birində işləyən müəllimlə tanış olan adam bunu özünə şərəf bilərdi.

Çünki ali məktəb müəllimi  raykomun birinci katibi qədər, prokuror qədər, hakim qədər  hörmətli idi. Ən azından ona görə ki,  cəmiyyət ali məktəb müəlliminə, alimə, elmlər doktoruna, elmlər namizədinə , professora çox böyük dəyər verirdi. Amma müstəqillik dövründən sonra  alim də,  ali məktəb müəllimi arxa plana keçdi. Yəni ali məktəb müəlliminin, alimin bir o qədər də nüfuzu qalmadı. Və bu gün elm arxasınca gedənlər  maddi sıxıntı içində yaşayırlar.

Onlar  aldıqları əməkhaqqı ilə mənzil ala bilmir, avtomobilə  həsrətlə baxırlar.Təbii ki, belə çətin iqtisadi  durumda  onlar özlərinə normal həyat qura bilmirlər. Onların bir ildə qazandığı pulu ortabab  bir müğənni bir toyda əldə  edir. Bax buna görə də, elm arxasınca gedənlər  bu gün azalıb. Hələ biz onlara edilən haqsızlığı , təzyiqi  demirik.

Əgər adamın, arxan,  güvənc yerin yoxsa, vəziyyətin  bir qədər də gedəcək. Təzyiqlərə məruz qalan istedadlı  gənclər isə ölkəni tərg edib gedirlər. Yəni beyin axını başlayır. Bunun qarşısının  almağın yeganə yolu  elmə , istedadlı gənclərə  diqqəti artırmalı, bu sahəyə böyük məbləğdə  vəsait ayrılmalıdır! Eləcə də istedadlı gənc alimlərə  hər cür şərait yaradılmalı, onların əməkhaqları artırılmalı  və  bu insanlar mənzillə təmin olunmalıdır!!!

Emil Faiqoğlu