Kişilər ağlamaz, kişilər susar... - Araz Hüseynov yazır
Ramiz Rövşənin təbirincən desək, kişilər bir olmur. Ağlayanı da var, ağlamayanı da. Ağlayan yəqin ki, mentalitetimizə görə gizlin ağlayar. Bu gün xəstəxanada kardiologiya şöbəsində ürək xəstələrini müşahidə etdim, ürək xəstələri, ürək xəstəliyini tapanların əksəriyyəti kişilər idi. Statistika götürsələr, infarktdan əziyyət çəkənlərin böyük əksəriyyəti kişilərimizdir.
Buradan tez qənaətə gəlib, deyə bilərik ki ailə qayğısı, problemlər kişilərin üzərindədir ona görə. Xeyir, kifayət qədər də ailənin, övladlarının qayğısını tək çəkən qadınlar da var.
Sual yaranır ki, niyə məs kişilər?
Çünki kişilər ağlamır. İçin - için ağlayır. İçlərində ağlayırlar. O, göz yaşlarını içlərinə axıdırlar.
Bu hardan gəlir axı?
Bizim uşaqlığımızdan bizə təlqin edirlər. Oğlan uşağı yıxılıb, dizi sıyrılanda deyirlər kişi ağlamaz. Bu bəlkə də Mirzə Ələkbər Sabirin "kişi ağladıqca qeyrətsizləşir" mövqeyindən gəlir. Hətda atalar ən şirin nemət övlad itirən də belə ağlamırlar.
Bu bilirsiniz nə deməkdir?
Bir başa infarkt olmaqdı.
Kişinin övladı, valideynləri ölür, o necə qəlbdir ki ağlamasın?! Kişilər ağlayar, onun da ürəyi ürəkdir. Ancaq qadınlar ağlaya bilər. Hətda ona da deyimlər qoşublar, qadın ağlayanda gözəl görünür, gözəlləşir.
Türk, əcnəbi filmlərini seyr etsinlər. Hər bir kinoda kişinin yaxın adamları öldükdə özündən asılı olmayaraq gözlərindən yaş gəlir. "Kişilər ağlamaz” deyənlər onları başa düşməyən ləyaqətsiz, ürəksiz adamların fikridir. Mən bu fikirlə razılaşmıram. Kişi də insandır, kövrəkdir, ağlaya da bilər. Burda qeyri-adi heç nə yoxdur. İnsanlar necə, hardan belə bir deyim qənaətinə gəliblər, bilmirəm. Hətda insan adi musiqinin təsirindən belə ağlaya bilər.
Ağlamaq lazımdır ki, çiynindəki yükləri və stressi göz yaşlarına çevirib yüngülləşəsən. Ürək xəstəsi olmayasan.
Nüsrət Kəsəmənli demişkən
"Kişilər ağlamaz" demə əzizim,
Kişinin göz yaşı içinə axar.
İçiniz də ağlamayın, sağlam qalın Kişilər!


Bakı -°C

