Maşın yarıyolda qalırsa...
Heç kimə sirr deyil ki, bir çox sürücülər avtomobillərini saz vəziyyətdə saxlamırlar. Bu da gec-tez özünü göstərməlidir. Ona görə də birmənalı olaraq hər bir nəqliyyat vasitəsini idarə edən sürücü onu texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır!
Amma təəssüf ki, bir çox halda bu belə olmur. Başqa sözlə demiş olsaq, bir çox hallarda avtomobilllər sıradan çıxaraq saatlarla hərəkətin intensiv olduğu küçə və prospektlərdə qalır . Belə olanda da digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaranır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis mayoru Toğrul Nəsirli deyir ki, belə vəziyyət yarananda ilk növbədə sürücü təhlükəsizlik tədbirləri görməli, qəza işıqların yandırmalı, avtomobil yolun hərəkət hissəsindən evakuasiya edilməlidir. Bu proses nə qədər tez yerinə yetirilsə, mövcud qəza vəziyyəti aradan qaldırılmış olar.
Eyni zamanda Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları xidmət apardıqları avtomobil yollarında yarıyolda qalmış nasaz avtomobilləri yolun hərəkət hissəsindən götürülməsi üçün sürücülərə lazımi kömək göstərir.Ümumiyyətlə, digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneəçilik göstərən hər hansı mövcud çatışmazlıq operativ olaraq əməkdaşlarımız tərəfindən aradan qaldırılır. Bir də əgər sürücülər yarıyolda qalmaq istəmirlərsə, onada zəhmət çəkib idarə etdikləri avtomobilləri saz vəziyyətdə saxlasınlar!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
07 Aprel 2026 20:00
240 min dollarlıq təhlükəsizlik: Gizli zirehli model
06 Aprel 2026 09:00
Yağışlı havada tıxaclı Bakı yolları - SİYAHI
04 Aprel 2026 19:52
Yeni Günəşlidə yolun bir hissəsi düzəldilib...
03 Aprel 2026 08:31
Bakıda tıxac olan yollar açıqlanıb
01 Aprel 2026 18:24
Bu yollarda sıxlıq var - SİYAHI
26 Mart 2026 09:00
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21


Bakı -°C

