“Münasibətləri möhkəmləndirmək üçün başlıca amil maddi təməllərdir”
"Gürcüstanın dövlət müstəqilliyi tarixən bizim üçün Azərbaycanın müstəqilliyi qədər əziz və qiymətli olub. Azərbaycan və gürcü xalqları mehriban qonşular, dost və qardaşlar kimi yaşayıblar. Tarixin ən çətin anlarında xalqlarımız və ölkələrimiz bir yerdə olub, bərabər hərəkət ediblər. Azərbaycan və Gürcüstan bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini həm ikitərəfli, həm də çoxtərəfli əsasda birmənalı olaraq müdafiə edirlər”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
O, bildirib ki, ölkələrimizi ümumi maraqlar, dostluq və qardaşlıq birləşdirir:
“Azərbaycan Gürcüstan üçün Şərqə, Gürcüstan isə Azərbaycan üçün Qərbə açılan qapıdır. Neft-qaz, nəqliyyat-kommunikasiya xətləri Gürcüstan ərazisindən keçərək dünyaya çıxır. Cənab Prezidentimiz İlham Əliyevin Gürcüstana növbəti səfəri bu münasibətləri daha da möhkəmləndirdi. Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatında dövlət başçımızı Gürcüstanın əziz dostu adlandırdı və iki ölkə arasında münasibətlərin inkişafında şəxsi səylərini xüsusi qiymətləndirdi. Bu səfər dövlət başçımızın bəyanatında dediyi kimi, iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcəkdir. Münasibətləri möhkəmləndirmək üçün başlıca amil maddi təməllərdir, ticarətdir. Cənubi Qafqazda sülh və əməkdaşlıq hamının faydasındadır, regionu yenidən qarışdırmağa çalışanların niyyətləri qursaqlarında qalacaqdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
18 Oktyabr 2026 11:51
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik etdi
18 Oktyabr 2026 09:52
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi
17 Oktyabr 2026 22:45
Hikmət Hacıyev həmin tarixdən YAZDI
17 Oktyabr 2026 20:21
"Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz bütövdür" - Dövlət Bağçalı
17 Oktyabr 2026 15:40
Prezident Valeh Ələsgərova "Şərəf" ordeni verdi
17 Oktyabr 2026 13:56
“1993-cü ilin oktyabrında başlanan yeni siyasi mərhələ Azərbaycanı nüfuzlu gücə çevirdi”
17 Oktyabr 2026 11:32
ABŞ prezidenti Tramp Moskvanın mövqeyindən çıxış edir - Politoloq
17 Oktyabr 2026 11:08


Bakı -°C

