“Xəstəxanaların işdən çıxarılan baş həkimləri həbs olunmalıdır"
“Çünki onların yol verdiyi nöqsanlara görə bir çox xəstə həyatını itirib, şikəst edilib.İnsan taleyi, insan həyatı ilə oyun oynayırlar. Xəstəxanalarda elə dəhşətli hadisələrlə qarşılaşıram ki, məqalə ilə ifadə etməyə söz yetmir. İcbari Tibbi sığortanın adı qalıb. Yenə də pul yığılır. İşi düz apara bilmirlər. Xəstələr növbələrdə özünə ölüm arzulayır. Tibbi sığortanı acıq çıxmaq vasitəsi kimi istifadə edirlər.Boynunda minlərlə günahsız xəstənin qanı, günahı olan minlərlə həkim var ki, vəzifələri artırılır. Adicə "hörmət" edilməyən tibb bacısı yaranın sarğısını elə qəzəblə sökür ki, xəstənin naleyi-fəryadı ərşə bülənd olur. Baş həkim də xəstələri, şikayətçiləri qəbul etmir ki, dərdini desin”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
O, səhiyyə sisteminin işgəncə sisteminə çevrildiyini bildirib:
“Daha çox qazanc götürmək üçün yüngül xəstələri də əməliyyata yollayıb şikəst edirlər. Həkimin törətdiyi cinayəti sübut etmək üçün vasitələr mürəkkəb və çətindir. Xəstə can hayındadır, sübut toplamaq hayında yox. Bir sözlə, kəsdikləri başa sorğu yoxdur. Elə asan düzüb-qoşub altından çıxırlar ki. Hamının da həkimə düşür deyə hər yerdə dayıları, adamları, arxaları var. Xəstəxanalarda adamlar qan ağlayır. Rəhm, mərhəmət, insanlıq, humanizm mövzusundan danışanda adama gülürlər. Vəhşilik, qəddarlıq, amansızlıq, rəhmsizlik baş alıb gedir. İcra başçıları otağından aparılır. Niyə bircə baş həkim yaxud rüşvət alan həkim xəstəxanadan həbs olunmur? Qoy ibrət olsun başqalarına. İlan ulduz görməsə, ölərmi? Əgər ölsə idi bu həngamə nədən ötrüdür? Nə qədər bunu çıxarıb onu qoymaq olar?”.
T.İrfan kadr dəyişikməklə işin həll edilməsinin mümkünsüz olduğunu bildirib:
“TƏBİB rəhbərliyi yenə 5 baş həkimi çıxarıb. Örüş dəyişməklə iş həll olunmaz. Çox adam bu cür səhiyyəyə müraciət edib işgəncə görməkdənsə evində ayağını uzadıb daş dövründəki kimi ölməyi üstün tutur. Qınamıram. Zülümdür. İcbari sığorta xəstələrə yox, qaniçən həkimlərə sərf etdi. Yazıq xəstələr yenə də zülüm çəkir. Sığorta sistemi tətbiq olunanda ciddi nəzarət olmalı idi ki, sağlam şəkildə inkişaf etsin. Amma təəssüf ki, yenə də köhnə qayda qayıtdı.Bu cür xəstəxanaları düşmənimə, heç Paşinyanına da arzulamıram. Bağrı yarılıb ölər. Sülh müqaviləsi imzalananadək bizə lazımdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Aprel 2026 12:45
TƏBİB-dən yeni təyinatlarla bağlı RƏSMİ AÇIQLAMA
23 Aprel 2026 12:29
Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər? - AÇIQLAMA
23 Aprel 2026 12:11
Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu keçirəcək
23 Aprel 2026 11:10
“O, əlilliyin təyin edilməsində korrupsiyanı aradan qaldıran şəxsdir”
23 Aprel 2026 10:48
Nazirlik küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
23 Aprel 2026 10:26
“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi
23 Aprel 2026 10:14
Səhiyyə naziri Astanada Regional Ekoloji Sammit çərçivəsində keçirilən sessiyada çıxış edib
23 Aprel 2026 09:16


Bakı -°C

