“Azərbaycan dünya üçün vazkeçilməz ölkəyə çevrilib”
“Son bir neçə günün hadisələri Azərbaycanın artıq Cənubi Qafqazın deyil, Avropanın və dünyanın daha çox diqqətini çəkdiyini, həlli vacib olan məsələlərin müzakirə edildiyi mühüm mərkəzə çevrildiyini sübut edir. Latviya və Ukrayna prezidentlərinin ardınca Çexiyanın Baş naziri Andrey Babişin ölkəmizə səfəri “qoca qitənin” həyatında Azərbaycanın müstəsna yer tutduğunu, əhəmiyyətini göstərir”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatında bu gün və gələcək baxımından böyük əhəmiyyət daşıyan fikirlər vardır:
“Birincisi, strateji tərəfdaş olan dövlətlərimiz arasında dostluğa söykənən münasibətlər artıq ikitərəfli səviyyəni aşaraq region və dünya işlərini əhatə edir. Dövlət başçımız dedi: “Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.”İkincisi, məlumdur ki, ölkələr arasında münasibətlərin davamlılığından ötrü maddi təməllər, onları bir-birinə bağlayan bağlar mütləq möhkəm olmalıdır. Cənab Prezidentimizin dediyi “ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq” sözləri ölkələrimiz arasında idxal və ixracda tarazlığın yaradılmasına, deməli, qarşılıqlı asılılığı möhkəmləndirməyə hədəflənib. Bu isə o deməkdir ki, yaxın gələcəkdə ticarət, enerji ehtiyatları ilə yanaşı digər sahələrdə də əməkdaşlığı görəcəyik. Keçirilən biznes-forum da ona xidmət edir. Dünya bazarlarına öz enerji ehtiyatlarını ixrac edən etibarlı ölkə olan Azərbaycandan idxal etdiyi neftin 42%-ini alan Çexiya indi də Azərbaycan qazına ehtiyac duyur. Üçüncüsü, iki ölkə arasında önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Çexiyadan hərbi təyinatlı məhsulların alışı ilə yanaşı bundan sonra birgə istehsala da başlanılacaqdır. Azərbaycan dünya üçün vazkeçilməz ölkəyə çevrilib. Buna isə təkcə əlverişli coğrafi-siyasi mövqe, ərazi, əhali və təbii sərvətlərlə nail olmaq mümkün deyildir. Başlıca amil Liderin üstün zəkası ilə müəyyənləşdirdiyi strategiyanın həyata keçirilməsidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Sentyabr 2026 09:04
”Daxili sabitliyin qorunması bütövlükdə cəmiyyətin məsuliyyətidir”
21 Sentyabr 2026 23:49
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
21 Sentyabr 2026 12:38
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi
21 Sentyabr 2026 12:20
"Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələri arasında..."
21 Sentyabr 2026 12:19
"Koreya Mərkəzi Asiya ilə əməkdaşlığı dərinləşdirmək istəyir"
21 Sentyabr 2026 12:19
"Ermənistanın seçim qarşısında qaldığı yeni Cənubi Qafqaz reallığı"
21 Sentyabr 2026 12:17
"Tramp Rusiyaya qarşı sərt sanksiyaları nəzərdə tutan L.Qrem qanun təsdiq etdi"
21 Sentyabr 2026 11:25


Bakı -°C

