Yenə yağış suyu çox yeri basdı...
Adətən mart-aprel aylarına nisbətən həmişə mayda yağış elə də çox yağmır.Amma indi iqlim dəyişikliyi ilə əlaqədar olaraq hər şey baş verə bilər. Və necə ki, baş verir. Belə ki, mayın 27- də Bakıya və bölgələrə intensiv leysan yağışlar yağdı.
Və əvvəlcədən də hidrometeoroloqlar bu barədə aidiyyəti qurumları məlumatlandırmışdı.Ancaq nə faydası, yenə onlar ( yeni aidiyyəti qurumlar) qabaqlayıçı tədbirlər görə bilmədilər. Ona görə də həmişə olduğu kimi bu leysan yağışda da Bakı iflic vəziyyətə düşdü! Əvvələr bəhanə edirdilər ki, yağış iki- üç gün yağır və ona görə də baş verən fəsadları aradan qaldırmaq olmur. Mayın 17- də isə cəmi yarım gün Bakıya intensiv yağışlar yağdı.
Bunu ki, aradan qaldırmaq, qabaqlayıcı addımlar atmaq olardı. Təəssüf ki, həmin günü Bakının bir çox küçə və prospektləri yağış suyundan keçilməsi oldu. Avtobuslar , avtomobillər yağış suyunun içində qaldı. Bir çox sürücülər avtomobilləri suyun içində qoyub , canlarını ölümdən güclə xilas etdilər.Həmisə olduğu kimi, paytaxtın kanalizasiya sistemləri normal işləmədi. Bakı Şəhər İcra Hakimiyyəti, İri Şəhərlərin Su Təchizatı Agentliyi, eləcə də digər aidiyyəti dövlət qurumları bu yağışda da " 2" qiymət aldılar. Bakının qəsəbələrində və kəndlərində vəziyyət daha açınacaqlı idi.
Ötən yağışların fəsadı aradan qaldırılmadan yenidən həmin yerləri su basdı. Başa düsmək olmur ey, bəzi xidmət sahələri insanların taleyinə niyə belə laqeyd, soyuqqanlı yanaşır??? Təbii ki, nə vaxta qədər ki, bu nöqsanlara görə yüksək vəzifəli şəxslər cəzalandırılmir, elə belə də olacaq ! Və hər dəfə onlar boş vədlərlə əhalini , eləcə də dövləti aldadır, yalan danışırlar.
Yalanınsa ömrü 40 gündür! Vallah, axırda o yalanlar , onların öz başlarında çartlayacaq!!! Heç olmasa, bu vəzifəli şəxslər növbəti intensiv yağışlar yağanda qabaqlayıcı tədbirlər görsünlər! Ki, Bakını yağış suları basmasın, avtomobillər və evlər su altında qalmasın!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
22 Oktyabr 2026 16:34
Azərbaycana qarşı təxribatla məşğul olan jurnalist həbs olundu
22 Oktyabr 2026 13:06
Bakıda avtobus sürücüsü sərnişinlə mübahisə etdi, hamını yolda saxladı
22 Oktyabr 2026 11:02
2 yaşlı uşaq su kanalında boğuldu
21 Oktyabr 2026 11:15
Dərin quyu hələ də doldurulmayıb...
21 Oktyabr 2026 10:10
Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü
20 Oktyabr 2026 17:39
Məktəbdə şagirdlər arasında dava, biri xəstəxanalıq oldu
20 Oktyabr 2026 13:13
Sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı
19 Oktyabr 2026 16:31


Bakı -°C

