adalet.az header logo
  • Bakı -°C
25 May 2026 10:20
77
SİYASƏT
A- A+

“Rusiyanın bütün cəhdlərinə baxmayaraq, Paşinyan effektli seçki kampaniyası aparır”

“Putin hakimiyyəti və az qala bütün Rusiya mediası solovyovlu-simonyanlı Nikol Paşinyan əleyhinə qızğın kampaniya aparırlar. Təsəvvür edin, Ermənistandakı 7 iyun parlament seçkiləri ilə bağlı Rusiya tərəfi indiki hakimiyyət əleyhinə 400-ə yaxın saxta videomaterial (çarx, çağırış, "ifşaedici" video və s.) hazırlayaraq yayıb”. 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib. 

“Dəqiq məlumatlara görə, Baş nazir N.Paşinyana qarşı qara piar kampaniyası ilə Putin administrasiyasının Strateji tərəfdaşlıq və əməkdaşlıq idarəsi (USTS) məşğuldur. Bu barədə yazan “The Insider” nəşri bildirir ki, həmin qurumun fəaliyyətinə Putin administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko nəzarət edir. Yəni yaramazlıq dövlət səviyyəsində aparılır.Əlbəttə, Rusiyanın bütün cəhdlərinə baxmayaraq, Nikol Paşinyan effektli seçki kampaniyası aparır və reytinq cədvəlində Moskvayönlü rəqiblərini xeyli qabaqlayır”, - deyə o, bildirib. 

Vasif