“Ukraynanın əsas strateji hədəflərindən biri paytaxt Moskva olacaq”
“Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçir. Rusiyanın Kiyevə “Oreşnik” və “İsgəndər” raketləri ilə həyata keçirdiyi kütləvi hücumlar Ukraynanın son dövrlərdə artan hərbi zərbələrinə cavab xarakteri daşıyır. Rusiyanın Kiyevdə mülki obyektləri hədəfə alması, əsasən, Ukraynanın intensivləşən hücumlarının qarşısını almağa və Kiyevi müəyyən güzəştlərə məcbur etməyə hesablanıb”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Qərbin dəstəyi fonunda Ukraynanın hücum imkanları daha da genişlənib:
“ABŞ-nin Ukraynaya yeni silah partiyaları göndərməsi müharibənin miqyasını və dağıdıcı potensialını artırır. Müharibə artıq daha təhlükəli və dağıdıcı mərhələyə keçir.Yaxın dövrdə Ukraynanın Moskvaya daha güclü zərbələr endirməsi ehtimalı artır. Bununla belə, Rusiyanın həyata keçirdiyi genişmiqyaslı hücumların onun hərbi planlarını tam şəkildə təmin edəcəyi gözlənilmir. Danışıqlar masasına oturmaq istəməyən Rusiya prezidenti Vladimir Putin yeni və gözlənilməz təzyiqlərlə üzləşə bilər. ABŞ ilə Rusiya arasında danışıqların nəticəsiz qalması müharibənin uzanmasına səbəb olur. Rusiya Ukraynanı tükəndirmə strategiyasını davam etdirsə də, Ukrayna hər keçən gün daha müasir və dağıdıcı silahlarla Rusiyaya qarşı hücum imkanlarını genişləndirir. Artıq Ukraynanın əsas strateji hədəflərindən biri paytaxt Moskva olacaq”.
Vasif
Digər Xəbərlər
19 Oktyabr 2026 20:17
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
19 Oktyabr 2026 17:56
Ceyhun Bayramov Vatanabe Katsuya ilə görüşüb
19 Oktyabr 2026 16:22
Spiker Bişkekdə "Ata-Beyit" və Çingiz Aytmatovun ev-muzeyini ZİYARƏT ETDİ
19 Oktyabr 2026 14:33
Prezident onları təltif etdi - SİYAHI
19 Oktyabr 2026 11:53
Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - Dosye
19 Oktyabr 2026 11:07
“Məncə, bu təbrik, ilk növbədə hər iki ölkədə qardaşlığı...”
19 Oktyabr 2026 11:06
Ermənistan sülh müqaviləsinin imzalanmasını buna görə uzadır – Politoloq
19 Oktyabr 2026 10:27


Bakı -°C

