“Kremlə Kiyevdəki səfirliklərin koordinatları verilib”
“Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın son açıqlaması xarici ölkələrə şantaj xarakterlidir. Rusiyanın Kiyevə raket zərbələrini davam etdirəcəyini söyləyən Zaxarova Ukrayna paytaxtında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərini və səfirliklərini xəbərdar edib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, yəni Kreml müxtəlif ölkələrə mesaj göndərib ki, Kiyevdəki səfirliklərinizin fəaliyyətini dayandırmasaz günahı özünüzdə axtarın, mərmilər səfirliklərə və dilpomatlara da tuş gələcək:
“Yəqin Kremlə notalardan da bezib. Kiyevdə binası raket zərbələrindən ən çox zərər görən səfirlik Azərbaycana məxsusdur. Ukraynadakı keçmiş səfirimizi çıxmaq şərtilə müharibənin ilk illərindəki ağır günlərdə belə səfirliyimiz fəaliyyətini dayandırmayıb. Kremlə Kiyevdəki səfirliklərin koordinatları verilib. Moskva bu koordinatlarla hesalaşmır. Rusiya qoşunları 2022-ci ildə Kiyevə desant töküb Ukrayna paytaxtını işğal etmək istədikdə, tanklar şəhərə yaxınlaşanda xarici ölkə səfirlikləri fəaliyyətlərini dayandırmasalar da, indi niyə səfirlikləri qapatmalıdırlar? Əlbəttə, hər bir ölkə xarici ölkələrdə fəaliyyət göstərən diplomatlarının təhlükəsizliyini düşünməlidir, ancaq Moksva istəyir deyə Kiyevdə səfirliyi qapatmaq Rusiya qarşısında geri çəkilmək anlamı daşıyacaq”.
Vasif
Digər Xəbərlər
26 May 2026 12:31
"Oğlanların iş tapmasında ciddi problem var" - Deputat
26 May 2026 12:11
“Müşavirədə müəyyənləşdirilən vəzifələrin yerinə yetirilməsi ölkəmizdə...”
26 May 2026 12:00
“O şəhidlərin böyük əksəriyyəti dünyada xüsusi nüfuzu olan türk hərbi məktəblərindən məzun idi”
26 May 2026 11:55


Bakı -°C

