Uşaq haradadır, məktəbdə yoxsa əmək bazarında?
“Bu sual bir ölkənin inkişaf səviyyəsini ölçməyin ən sadə və ən dəqiq yollarından biridir. Dünyada hələ də 138 milyon uşaq əmək fəaliyyətinə cəlb olunur. Bir sıra Afrika və Asiya ölkələrində bu göstərici 20-30 faizə çatdığı halda, inkişaf etmiş Avropa ölkələrində 1 faizdən də aşağıdır”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, uşaq əməyinin istismarı üzrə orta göstərici isə 8 faizdir:
“UNICEF-in məlumat bazasında Azərbaycan üzrə son mövcud beynəlxalq qiymətləndirmədə isə göstəricinin qlobal orta səviyyədən xeyli aşağı olduğu qeyd edilir. Müşahidələr də göstərir ki, son illərdə Azərbaycanda uşaq əməyinin istismarı halları əhəmiyyətli dərəcədə azalıb. Əmək münasibətlərinin rəsmiləşdirilməsi, nəzarətin və şəffaflığın güclənməsi bu prosesə müsbət təsir göstərib. Arzu edərdim ki, bu göstərici gələcəkdə daha da azalsın. Çünki uşağın yeri əmək bazarında deyil, təhsil müəssidəsində, ailəsinin yanında və arzularının arxasınca getdiyi yoldadır.1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balaları ürəkdən təbrik edirəm”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

