“Bu, Rusiyanın namizədinin hakimiyyətə gəlmə ehtimalını minimuma endirir”
“Rusiyanın Ermənistana məhsul idxalını və Ermənistana əsasən meyvə məhsullarının ixracını məhdudlaşdırmasında məqsəd seçkiqabağı kütlənin etirazını kötükləməkdir. Rusiya İrəvanın Qərbə yön almasını bəhanə edərək son şans olaraq seçkidə öz namizədini hakimiyyətə gətirmək istəyir. Ermənistan baş naziri təmkin nümayiş etdirərək balanslı siyasət görüntüsü yaratmağa cəhd etsə də Moskva ənənəvi təhdid və təziq ritorikasını qoruyub saxlayır”.
Bunu Adalet.az-a siyasi şərhçi Tural İrfan deyib.
Onun sözlərinə görə, iqtisadi yöndən ölkədə məhdudiyyətlər yaradaraq sosial etirazları Köçəryanın ətrafında cəmləşdirmə cəhdinə cavab olaraq Paşinyan da öz platformasını açıqlayır və seçkilər yaxınlaşdıqca proseslər təhlükəli mərhələyə qədəm qoyur:
“Belə ki, bir neçə gün öncə Paşinyana qarşı təşkil olunmuş sui-qəsd cəhdinin qarşısı alınıb, dəstə tutulub. Şübhəsiz ki, bu dəstənin hansı ölkə tərəfindən təşkil olunduğu məlumdur. Lakin Rusiyanı daha da təhrik etməmək üçün hökumət səbrli davranır. Hər halda Avropa İttifaqının prosesləri izləməsi və məlumatlara əsasən Fransanın müəyyən qüvvələrinin İrəvanda yerləşmə məsələsi ciddi qarşıdurma ehtimalını istisna etmir. Seçkilərin Ermənistanda çox gərgin və həlledici olacağı görünür. İqtisadi təzyiqlər daxili auditoriyanın səmtini Rusiyaya qarşı da çevirə bilər. Məlumdur ki, Köçəryanın əsas dəstəkçisi Rusiya və Kilsədir. Avropa və ABŞ regional maraqlarının həyata keçməsi üçün Paşinyan hökumətini hakimiyyətdə saxlamaqda maraqlıdır”.
T.İrfan deyib ki, eyni zamanda Azərbaycan ilə sülhün təhlükə altına düşməsi də bu maraqlara zərbə vura bilər:
“Zəngəzur dəhlizinin həyata keçirilməsi və digər ticari məsələlər və iqtisadi zəmindən doğan digər yönlərdə həyata keçiriləcək layihələr yalnız bölgədə sülh və sabitlik şəraitində həyata keçə bilər. Odur ki, Rusiyanın bölgədəki stabilliyi pozma cəhdinə qarşı kollektiv Qərb ciddi şəkildə etiraz edə, müavinət göstərə bilər. Odur ki, Rusiya hələlik Ermənistana məhsul istehsalını məhdudıaşdırmaq kimi vasitələrlə təziq göstərir. Lakin bütün bunlara rəğmən proqnozlaşdırılan odur ki, təzyiq və təxibatçı cəhdlərə baxmayaraq seçkilər gərgin də olsa baş tutacaq və baş nazirin komandası itkilər versə də qalib gələcək. Əhalinin artıq ayılması, sülhə meyllənməsi və regional münaqişələrin bitməsi istəyi Rusiyanın namizədinin hakimiyyətə gəlmə ehtimalını minimuma endirir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Iyun 2026 18:51
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
23 Iyun 2026 11:21
"Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir" - Şahmar Mövsümov
23 Iyun 2026 11:06
Onlar 50% miqdarında ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər
22 Iyun 2026 12:31
Bir qəpiyə satılan yumurtalar SAXTA olub? - RƏSMİ AÇIQLAMA
22 Iyun 2026 11:57
"Dövlət Proqramı 5 məqsədi və 86 konkret tədbiri əhatə edir" - Nazir müavini
22 Iyun 2026 10:25
Bu il Azərbaycan nə qədər qızıl ixrac edib? - AÇIQLAMA
21 Iyun 2026 12:00
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərildi
20 Iyun 2026 12:42


Bakı -°C

