Əlli nömrəli avtobusda...
Yol hərəkəti qaydalarını pozan bir çox sürücülər var. Və onların məsuliyyətsizliyi üzündən tez-tez qəzalar baş verir. Nəticədə ya kimsə ölür, ya xəsarət alır, ya da avtomobilə ziyan dəyir. Burdan belə bir məntiqi nəticə çıxarmaq olur ki, hansısa, sürücü yerində deyil və səhlənkarlığa yol verib!
Bu mənada 50 nömrəli marşrutda sükan arxasında əyləşən bəzi sürücüləri öz üzərinə düşən məsuliyyətə səhlənkar yanaşırlar. Bir neçə gün əvvəl həmin marşrutda hərəkət edən avtobusun sürücüsü sükan arxasında ölarkən körpünün altından Babək prospektinə çıxarkən nəqliyyat vasitəsini saxlamadan və sağa baxmadan yüksək sürətlə həmin yola çıxdı. Az qala sağ tərəfdən gələn maşınla toqquşmuşdu və xoşbəxtlikdən heç bir hadisə baş vermədi . Sürücü körpünün altından yola çıxan kimi yenidən avtobusu yüksək sürətlə idarə etməyə başladı.
Avtobusdakı sərnişinlər bir ağızdən onun bu hərəkətinə etiraz edib dedilər ki, aşağıda qəza vəziyyəti yaratdın , indi də maşını sürətlə sürürsən. Nədir, bizi öldürmək istəyirsən, sən sərnişin aparırsan ey, tikinti materialları daşımırsan? Sərnişinlərin bu sözlərindən sonra sürücü avtobusu normal sürətlə və təhükəsiz idarə etdi!
Əgər sərnişinlər vaxtında etiraz etməsəydi, bəlkə də o, qəza törətmişdi! Ona görə də 50 nömrəli marşrutun sahibə sürücülərin nizam- intizamna nəzarət etməli, onları maarifləndirməli və yol hərəkəti qaydalarını pozanlar növbə buraxılmamalı, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə olmasa , bəzi intizamsız sürücüləri islah etmək mümkün deyil!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
20 Iyul 2026 18:36
ƏƏSMN Məşğulluq Strategiyasının icrası üzrə keçiriləcək tədbirləri açıqlayıb
20 Iyul 2026 14:33
Azərbaycanda çevik iş vaxtı modelləri yaradılır
20 Iyul 2026 11:35
Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər
19 Iyul 2026 17:00


Bakı -°C

