Bazarlarda meyvələr od tutub "yanır"
Bazarlıq eləmək üçün bu gün Bakıda ən çox ucuz məhsullar satılan 8- ci Kilometr bazarına getdim. İstədim , az da olsa , mer-meyvə alım. Ancaq meyvələrin qiymətinə baxanda gözlərim hədəqəsindən çıxdı.
Gördüm ki, bazarda qiymətlər od tutub " yanır" . Gilas 3-4 manat, yaxşısı 8 manat, albalı ( gilənar) 5 manat, ərik, 7-8 manat, göyçə alçası 4-5 manat, çiyələk 3-5 manat, alma 4 manat ( özü də köhnə) , bir sözlə, bütün mer-meyvələrin qiyməti çox baha idi. Hətta bostan- tərəvəz məhsulları və digər məhsulların qiyməti həddindən artıq baha idi! Bu isə bazardakı insanlar arasında böyük narazılıq yaradırdı.
Onlar deyirdilər ki, ötən il indi satılan məhsullar ucuz idi! Bazardakı bahalıqla bağlı satıcılar dedi ki, bazarda ona görə bahalıqdır ki, məmləkətimizdə normadan dəfələrlə artıq yağış yağıb. Təbii ki, bu da bahalaşmaya münbit şərait yaradıb. Və biz də bazardan ancaq gilas ala bildik. O biri meyvələri almağa pulumuz çatmadı. Yəni bu bahalıqda digər meyvələri yeməmək də olar! Təki can sağlığı olsun!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
28 Oktyabr 2026 18:44
FHN növbəti “açıq qapı günü” tədbiri keçirdi
28 Oktyabr 2026 17:40
Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
28 Oktyabr 2026 12:27
Yağış yağacaq
27 Oktyabr 2026 18:10
Pomidorlar sahədə qalıb...
27 Oktyabr 2026 16:44
Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?
27 Oktyabr 2026 16:06
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
27 Oktyabr 2026 15:31
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
27 Oktyabr 2026 14:34


Bakı -°C

