Eldəniz Məmmədov iş tapa bilmir...
Müğənni Eldəniz Məmmədovu çoxlarımız yaxşı tanıyırıq. Ən azından o, ATV kanalının bir vaxtlar keçirdiyi" Xalq ulduzu" müsabiqəsində birinci yerə çıxıb! Onun nə arxası və nə də elə maddi imkanı olub ki, özünü hardasa rekam etdirsin. Yəni bu yarışmaya kimi çoxları onu tanımirdı . Amma səsi , istedadı və zəhmətkeşliyi bir neçə gündə Eldənizi bütün xalqa tanıtdırdı və sevdirdi.
Çünki onun bal səsi, yüksək mədəniyyəti , əxlaqı və tərbiyəsi var. Mən onu 25 ilə yaxındır ki, tanıyıram! Heç kimə bənzəməyən bulaq suyu kimi təmiz bir ziyalıdır! " Ziyalı" sözünü xüsusilə vurğulayıram. Ona görə ki, hər müğənni ziyalı deyil. O, Milli Konservatoriyanı bitirib.Və böyük sənətkar, Xalq artisti İslam Rzayevdən dərs alıb.Eldəniz Məmmədov həm də nadir müğənnilərdəndir ki, xalq və bəstəkar mahnılarını yüksək peşəkarlıqla ifa edir. Ən çətin bəstəkar mahnılarını da o, çox gözəl oxuyur.
Amma bu istedadlı sənətkara bir iş yeri tapılmır və deyirlər ki, sənin magist təhsilin yoxdu. Bu absurd bir şeydi. Səs, istedad , peşəkarlıq olan yerdə diploma ehtiyac yoxdur.Belə yanaşmalar sovet dövründə qalmış xoşa gəlməyən ənənələrdir.Neçə olur ki, orta səviyyəli mügənnilər musiqi məktəblərində , kolleclərdə, hətta Opera Teatrında iş tapa bilir, amma Eldəniz Məmmədova hardasa bir iş tapılmır.Olkəmizdə nə qədər mədəniyyət evləri, ayrı - ayrı nazirliklərin özfəaliyyət kollektivləri var! Bu qədər iş yerləri olduğu halda, bəs niyə Eldəniz kimi bal səsi olan müğənniyə iş tapılmır?
Heç şübhəsiz ki, bu məsələdə Mədəniyyət Nazirliyi Eldəniz Məmmədov kömək edə bilər. Onun kimi istedadlı sənətkar həm də xalq və bəstəkar mahnılarını gənclərə bir müəllim kimi də öyrədə bilər! Onu iş yeri yaratmaqla aidiyyəti qurumlar xalq musiqimizin ömrünü uzatmıs olar, Eldənizin müəllimi daha sənətkar İslam Rzayevin ruhunu sevindirərlər!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
12 Noyabr 2026 13:32
Burak Özçivit serialı final etməsin deyə görün nə etdi
12 Noyabr 2026 10:57
Sərxan Kərəmoğlu həmkarından gileyləndi
12 Noyabr 2026 10:48
Əməkdar artist: “Bunu etməyə ixtiyarım yoxdur”
09 Noyabr 2026 20:00
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
09 Noyabr 2026 18:10
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
09 Noyabr 2026 11:31
“İki il boyunca o anı gözlədik” - “Şahzadə Mustafa”dan etiraf
08 Noyabr 2026 14:13
Ərinə görə övladının toyunu təxirə saldı
07 Noyabr 2026 21:10


Bakı -°C

