Əks halda Rusiyanın itkiləri getdikcə daha da artacaq – Hərbi ekspert
Xəbər verdiyimiz kimi, Ukrayna Rusiyaya kütləvi şəkildə dronlar və raketlərlə hücum həyata keçirməkdə davam edir. Ötən gecə Moskva regionu istiqamətində 430 dronun uçuşu qeydə alınıb. Onlardan 36-sı Moskvaya yaxınlaşarkən zərəsizləşdirilib.
Məsələylə bağlı Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ukraynanın zərbələrinin əsas hədəfi Rusiyanın enerji infrastrukturudur:
“Daha əvvəllər biz Ukraynanın 500 daha sonra 1500 kilometr Rusiya dərinliyinə zərbələr endirdiyini görürdük. Artıq zərbələri Novosibirsk vilayətinə, yəni Ukrayna Rusiyanın ondan 2000 kilometr məsadəfə yerləşən ərazilərinə dəqiq zərbələr endirir. Bu bir daha onu göstərir ki, Ukrayna hava hücumu sahəsində üstünlüyü əldə edib. Müəyyən çatışmazlıqlar hava hücumundan müdafiə sistemləri və onların zenit raketləri ilə bağlıdır. Amma hər bir halda Rusiya son aylar Ukrayna tərəfindən daha çox narahat edilir, nəinki Ukrayna Rusiya tərəfindən”.
Hərbi ekspertin sözlərinə görə, proseslərin bu şəkildə davam etməsi Rusiyanın ciddi yanacaq çatışmazlığı ilə qarşılaşdığını nümayiş etdirir:
“Ukrayna dron və uzaqmənzilli raket istehsalında yerli imkanlarını kifayət qədər artırıb. Proseslər onu göstərir ki, zaman Rusiyanın xeyrinə işləmir. Rusiya işğal siyasətindən əl çəkməli, Ukrayna ilə real şərtlər daxilində danışıqlar prosesinə başlamalıdır. Əks halda Rusiyanın itkiləri getdikcə daha da artacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Iyul 2026 10:33
“Onlardan ən çox müzakirə olunan nümunələrdən biri Adolf Eyxman işidir...”
27 Iyul 2026 10:23
“Tokayev müharibəni dayandırmaq çağırışı ilə həm də...”
27 Iyul 2026 10:20
Türkiyənin güclü olması regionda sülhün əsas təminatçısıdır – Politoloq
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
25 Iyul 2026 10:10
“Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez...”
24 Iyul 2026 17:23


Bakı -°C

