“Qarşıdakı aylarda da neft qiymətlərinin daha da yüksəlməsi real ssenaridir”
“Ötən ayın 16-da ABŞ-İran razılaşması əldə edilən zaman yazmışdım ki, bu proses bir çoxlarında münasibətlərin normallaşacağı təəssüratı yaratsa da, əslində vəziyyət tam fərqlidir. Bu gün baş verən hadisələr həmin qiymətləndirmənin özünü doğrultduğunu göstərir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Həmin yazıdan bir sitat: "ABŞ və İran arasında əldə olunan razılaşma bir çoxlarında münasibətlərin normallaşacağı təəssüratı yaratsa da, mənzərə əslində daha mürəkkəbdir. Tərəflər arasında əsas ziddiyyətlər olan nüvə proqramı, sanksiyalar, regional təsir uğrunda rəqabət və İsrail amili olduğu kimi qalır… Bu səbəbdən yaxın dövr üçün ən real ssenari barışıq yox, idarə olunan gərginlikdi, qarşıdurma tam bitməyəcək. …təzyiqlər davam edəcək." (Yazının tam mətni - linki şərhlərdə olacaq) Düşünürəm ki, bu da hələ prosesin sonu deyil. Əsas risklər qarşıdadır. Xüsusilə ilin sonuna doğru, noyabrın sonu-dekabr aylarında hərbi aktivliyin daha da artması və daha sərt qarşıdurmaların baş verməsi ehtimalı yüksəkdir. Məhz bu geosiyasi risklər neft qiymətlərinin enməsinə imkan verməyən əsas amillərdən biridir. Qlobal bazarlar da bunu hiss etdiyi üçün ötən nisbi sabitlik dönəminə rəğmən neft qiymətlərində ciddi eniş olmurdu. Odur ki, qarşıdakı aylarda da neft qiymətlərinin daha da yüksəlməsi real ssenaridir”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Iyul 2026 11:26
“Rusiya bununla Azərbaycanın Ukraynadakı iqtisadi iştirakının risk daşıdığını göstərmək”
10 Iyul 2026 11:15
Azərbaycanla Ukrayna arasında yeni müqavilə ratifikasiya olundu
10 Iyul 2026 11:00
Milli Məclisin iclası başladı
10 Iyul 2026 10:51
“Bəzi hökumət başçıları üçün bu hədiyyəni öz ölkəsinə aparmaq problemə çevrildi”
10 Iyul 2026 10:45
“Namərd və ləyaqətsiz düşmənin sözünə, imzasına heç vaxt etibar etmək olmaz!”
10 Iyul 2026 10:25
“Səfir Tehranın təlimatıyla bizə dil uzadır...”
10 Iyul 2026 10:17
Zakir Həsənov Selçuk Bayraktarla görüşdü - FOTO
10 Iyul 2026 10:10


Bakı -°C

