Əbülfət Mədətoğlu: Bu ömrün nağılın danış...
Başımı qoymuşam dizinin üstə
Bu an dizlərindi ən yumşaq balış...
Bir az yorulmuşam, bir az da xəstə -
Sən mənə , bu ömrün nağılın danış...
Dönüm həmin günə, həmin zamana
Çevrəmdə nə varsa , hamısı tanış...
Gözlərim bir anda gəlsin imana -
Sən mənə , bu ömrün nağılın danış..
Çözülsün düyünü fikrin, xəyalın
Yenə gülümsəsin həmin o, baxış!..
Verim cavabını hər cür sualın -
Sən mənə , bu ömrün nağılın danış..
Düşüb səkilərə qoşa izimiz -
Hər nə olubdusa anmağa çalış...
Nələrdən keçmədik, axı gülüm, biz -
Sən mənə , bu ömrün nağılın danış..
Fərəhli anlarım fidandı - tək , tək
Onu süsləməyə tay sən də alış...
Dizinin üstündə dincəlir ürək -
Ona , sevgimizin nağılın danış!
Digər Xəbərlər
23 May 2026 13:51
Vətəndən Vətənə: Türk dünyası ziyalılarının Özbəkistan görüşündən səfər qeydləri
22 May 2026 14:28
Biz kimik, Azərbaycan xalqımı, sovet xalqımı? Hər ikisimi, heç birimi?
21 May 2026 21:36
İşıqdan-işığa yol gedir insan - Sabir Rüstəmxanlının şeirləri
21 May 2026 21:23


Bakı -°C

