Əczaçılıq məhsulları üzrə xərclərimizdə artım nə ilə bağlıdır? - AÇIQLAMA
"2025-ci ilin ilk 5 ayında pərakəndə ticarət dövriyyəsi 3.8 faiz artaraq 23 milyard 341 milyon manat olub. Bu məhz həmin məbləğdə mal və xidmətlərin istehlakçılara satılması anlamına gəlir. Pərakəndə ticarət dövriyyəsinin strukturunda diqqət çəkən əsas məqamlardan biri əczaçılıq məhsulları və tibb ləvazimatlarına çəkilən xərclərdir. Belə ki, bu xərclər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18.2 faiz artaraq 598 milyon manatdan çox olub".
Adalet.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramovun sözlərinə görə, əöczaçılıq məhsullarının alınmasına çəkilən xərclərdə artım həmin dövrdə pərakəndə ticarətin struktrunda rekord səviyyədə olub və bütün digər istiqamətləri üstələyib. Digər tərəfdən, həmin dövrdə yalnız bu istiqamət üzrə xərclərdə iki rəqəmli artım faizi qeydə alınıb. Bütün digər xərclər üzrə artım faizi bir rəqəmlidir.
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır?
Deputat bildirib ki, Əczaçılıq məhsulları üzrə xərclərin artması dərman pereparatlarının qiymətlərindəki dəyişikliklər və eləcə də tibbi xidmətlərə tələbin yüksəlməsi ilə bağlıdır.
Qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehlak malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə tibbi xidmətlərin qiyməti həmin dövrdə 4.5 faiz yüksəlib. Tibbi təyinatlı malların qiymətində də artım qeydə alınıb.
"Bu isə o deməkdir ki, tələbin artması ilə yanaşı tibbi xidmətlərdə qiymət artımları da davam edib.
Əczaçılıq məhsulları üzrə istehlak xərclərinin ailə büdcəsinə xüsusi təsirlərini nəzərə alsaq bu istiqamətdə qiymət tarazlığının qorunması çox vacibdir. Doğrudur, dərman pereparatlarının qiymətləri tənzimlənir. Amma bununla yanaşı, istehlak xərclərinin də optimallaşdırılması önəmlidir. Digər tərəfdən, qiymət və xərc tarazlığı üçün yerli istehsalın genişləndirilməsi və idxalın minimumlaşdırılması da vacibdir",- deyə millət vəkili nəzərə çatdırıb.
Nicat
Digər Xəbərlər
28 Noyabr 2025 09:54
Bu qidaları qəbul edirsinizsə, ürəyiniz sağlam olacaq
26 Noyabr 2025 14:03
“Alkoqol, naroktik kimi vasitələr də zorakılıq riskini artıran amillərdəndir”
25 Noyabr 2025 11:09
Uşaqlarda travma zamanı diqqət edilməli məqamlar və ilkin yardım qaydaları
25 Noyabr 2025 11:08
Travma alanda ilk nə etməliyik? - Baş həkimdən TÖVSİYƏLƏR
24 Noyabr 2025 09:33
Stomatoloqların fəaliyyəti necə tənzimlənir? - Qaydalar və nəzarət mexanizmi - VİDEO
21 Noyabr 2025 12:01
“Böyük Qayıdış”a sağlamlıq dəstəyi: Xocalıda 160-a yaxın sakinin göz müayinəsi aparıldı
19 Noyabr 2025 14:26
Azərbaycanda narkomanlar arasında İİV-ə yoluxma sayı azalıb
18 Noyabr 2025 11:15


Bakı -°C

