Ehtiyat zabitlər toplanır, 3 aylıq hərbi təlimlər başlayır: Bu nəyə işarədir?
Xəbər verdiyimiz kimi, İran Ermənistanla birgə ötən gündən- aprelin 9-10-da hərbi təlimlər keçirir.
İki gün ərzində sərhədyanı Norduz bölgəsində keçirilən hərbi təlimlərdə Ermənistan silahlı qüvvələri və İranın xüsusi təyinatlı qüvvələri iştirak edir
Adına “sülh “ deyilən təlimlər şərti terrorçu qrupların Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd nəzarət-keçid məntəqələrinə hücumlarının qarşısının alınmasını nəzərdə tutulduğu deyilsə də prosesin detalları başqa fikir ortaya qoyur.
Ermənistan ehtiyatda olan zabitləri toplayır.
Adalet.az xəbər verir ki, Ermənistanda təlim-məşq toplanışları uzun müddət davam edəcək. Beləki, Ermənistanda 2025-ci il aprelin 15-dən iyulun 15-dək daxil olmaqla, sıravi hərbi qulluqçular, kiçik zabitlər və ehtiyatda olan zabitlər üçün təlim düşərgələri elan ediləcək.
Təlim-məşq toplanışları ehtiyatda olan vətəndaşların hərbi vərdişlərinin artırılması, peşə hazırlığının təmin edilməsi, ali təhsilli gizirlərdən ehtiyatda olan zabitlərin hazırlanması məqsədilə elan edilir.
Baxmayaraq ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanının müavini Vəliulla Mani İran və Ermənistan arasında sərhədyanı bölgədə keçirilən hərbi təlimlərin təhlükəsiz olduğunu deyib, amma görünən odur ki, Ermənistan ciddi cəhdlə müharibəyə hazırlaşır.
P.S. Azərbaycanın sərhədlərində baş tutan hərbi təlim, əlbəttə ki, narahatçılığa səbəb olmaya bilməz...
Əntiqə Rəşid
Digər Xəbərlər
25 Dekabr 2025 09:10
200 İLLİK İŞĞALA SON QOYAN SƏRKƏRDƏ
24 Dekabr 2025 17:55
Prezident İlham Əliyev müasir Azərbaycanın qalib lideridir
24 Dekabr 2025 17:47
"Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik" - Dövlət başçısı
24 Dekabr 2025 17:43
"Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı" - Prezident
24 Dekabr 2025 17:31
"Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir" - Dövlət başçısı
24 Dekabr 2025 16:52
Ərdoğan İlham Əliyevi təbrik etdi - YENİLƏNİB
24 Dekabr 2025 16:40
Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...
24 Dekabr 2025 16:07


Bakı -°C

