EKSPERT: Zamanı çatanda Pezeşkian hərəkatın başına keçəcək -"Yeltsin də sisemin adamı idi"
“İranda sosial partlayışla başlanmış iğtişaşlar artıq səngiməkdədir. Bu gün ölkədə elan olunmuş matəmin ikinci günüdür. Molla rejimi bundan istifadə edərək mövqelərini möhkəmləndirməyə çalışır. İran rəhbəri Seyidəli Xamneyi ölkədə narazıları iki qrupa ayırıb: güzarandan narazı olanlar və ölkəni vətəndaş müharibəsinə sürükləmək istəyən agentlər”.
Bu sözləri Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli Adalet.az-a açıqlamasında söyləyib:
“Rejim ideoloqları iddia edir ki, sosial durumdan narazılıq edib aksiyaya çıxanlar rejim əleyhdarı deyil. Ancaq onlardan istifadə edib iğtişaş törədənlər ABŞ və İsrailin casuslarıdır. İranın azərbaycanlı prezidenti Məsud Pezeşkian ilk günlərdən aksiyaçıların tərəfini tutub. O da bildirir ki, hazırkı durumun yaranmasına səbəb hökumətin lüzumsuz xərcləmələrə getməsi, Yaxın Şərqdə proksi qüvvələrə hədsiz yardımlar etməsidir. Onun bu mövqeyi rejim daxilində mühafizəkar qanadın kəskin narazılığına səbəb olub. Yəqin ki, bu aksiyalar yatırılsa Pezeşkianı sərt tənqid edəcək, hətta xəyanətdə günahlandıracaqlar. İranda aksiyaları qızışdıran amillərdən biri də şahçılardır. İranın 1979-cu ildə devrilmiş şahı Məhəmmədrzanın oğlu Rza Pəhləvi hakimiyyətə iddialıdır. Qərbdə də hesab edirlər ki, molla rejimi devrilərsə, Pəhləvilər hakimiyyətə gələ bilər. Amma Rzanın İranda nüfuzu, tərəfdarları o qədər də çox deyil. Rza həyatı boyu 10 nəfəri belə idarə etməyib, ortabab siyasətçi belə deyil. Müasir dövrdə təkcə gen bağı ilə iqtidara yiyələnmək bir az çətin işdir”.
Ekspert qeyd edib ki, İranda məzhəb rejiminin yıxılması arzuolunandır:
“Doğru olardı ki, vilayəti fəqih aradan qalxsın və onun yerinə sekulyar bir hakimiyyət formalaşsın. Hüdudsuz monarxiya yaranmasın, respublika qalsın. Bunun yolu isə Məsud Pezeşkianın önə çıxmasından keçir. Məsud Pezeşkian sistemin adamıdır, düzdür. Amma “yenidənqurma və aşkarlıq” siyasəti ilə SSRİ-nin sonun gətirmiş Mixail Qorbaçov da, Rusiya demokratlarının önündə gedən Boris Yeltsin də o vaxtkı sistemin adamı, yetişdirməsi idi. Məsud Pezeşkian da zamanı çatanda molla rejimi əleyhinə demokratik hərəkatın önünə keçə bilər. Onun böyük sosial bazası var. 90 milyon İranın 45 milyonu türkdür. Türklər təkcə Azərbaycan əyalətlərində yaşamır. İsfahan, Mərkəz, Tehran kimi ostanlarda da türklər çoxdur. Üstəlik seçkilərdə Pezeşkiana demoktratik düşüncəli gənclik, digər qeyri-fars millətləri də dəstək verib. Qısa bir dövrü çıxmaq şərti ilə İranı son 1000 ildə türk sülalələri idarə edib. Bu status-kvo davam etməlidir”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
13 Yanvar 2026 17:30
SU TƏCHİZATI ENERJİ TƏHLÜKƏSİZLİYİ QƏDƏR STRATEJİ SAHƏDİR
13 Yanvar 2026 17:18
Ceyhun Bayramov İtaliya xarici işlər nazirinin müavini ilə görüşüb
13 Yanvar 2026 15:53
Paşinyan: Azərbaycandan benzin idxalı bazarımızda...
13 Yanvar 2026 15:13
Prezident “Qozlukörpü” SES-in açılışında - YENİLƏNİB + FOTOLAR
13 Yanvar 2026 14:33
İlham Əliyev Ağdərədə - FOTOLAR + YENİLƏNİB
13 Yanvar 2026 13:59
Zəngəzur dəhlizi 2030-cu ilə qədər istismara verilə bilər
13 Yanvar 2026 13:07
“Ukrayna bataqlığına düşmüş Rusiyanın bu münaqişədən...” - Politoloq
13 Yanvar 2026 12:21


Bakı -°C

