Eksternat imtahanları ilk dəfə elektron qaydada keçiriləcək
Bakıda əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar ilk dəfə elektron qaydada keçiriləcək.
Bu barədə Adalet.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, eksternat imtahanları 31 yanvar tarixində paytaxtdakı 10, 158, 229, 263 nömrəli tam orta ümumtəhsil məktəblərində və 220 nömrəli məktəb-liseydə təşkil olunacaq.
Eksternat imtahanlarında iştirak etmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta təhsil səviyyəsini başa vura bilməyən 371 nəfər, tam orta təhsil səviyyəsini başa vura bilməyən 1 126 nəfər olmaqla, ümumilikdə 1 497 şəxs qeydiyyata alınıb.
İmtahanın vaxtı və məkan haqqında məlumat namizədin qeydiyyatdan keçdiyi mobil telefona SMS vasitəsilə göndəriləcək. İmtahana gələcək eksternlərin şəxsiyyət vəsiqəsini özləri ilə gətirməsi mütləqdir.
Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Digər Xəbərlər
15 Oktyabr 2026 16:51
LDU-da strateji hədəflər müzakirə olunub
15 Oktyabr 2026 10:49
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib
15 Oktyabr 2026 10:28
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı bəyanat
15 Oktyabr 2026 00:27
Təmkini ilə diqqət çəkən direktor bu məktəbə rəhbərlik edir - VİDEO
14 Oktyabr 2026 21:55
Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi - FOTO
14 Oktyabr 2026 14:00
Yəhudi şagirdlər də məktəbə vahid formada gedir - VİDEO
13 Oktyabr 2026 09:59
“Valideynlər uşaqlara geyim qaydalarının məqsədini düzgün izah etməlidir” - VİDEO
12 Oktyabr 2026 16:12


Bakı -°C

