adalet.az header logo
  • Bakı -°C
28 Iyun 2026 08:02
64
İDMAN
A- A+

Əlcəzair - Avstriya matçında məhsuldar heç-heçə qeydə alınıb - YENİLƏNİB

Futbol üzrə dünya çempionatında Əlcəzair Avstriya ilə qarşılaşıb.

Adalet.az-ın məlumatına görə, Kanzas stadionunda baş tutan J qrupunun III turunun matçında məhsuldar heç-heçə qeydə alınıb - 3:3.

Əlcəzairin qollarını Riyad Mahrez (60, 90+3) və Rafik Belqali (45) vurublar. Avropa təmsilçisində isə Marko Arnautoviç (28), Marsel Zabitçer (55) və Saşa Kalaydziç (90+6) dəqiq zərbə müəllifi olublar.

Qrupu ikinci sırada tamamlayan Avstriya 1/16 finalda İspaniya ilə qarşılaşacaq. Ən yaxşı üçüncülər sırasına düşməyi bacaran Əlcəzair isə İsveçrə ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu matçla eyni vaxtda keçirilən İordaniya - Argentina oyunu ilə birlikdə DÇ-2026-nın qrup mərhələsinə yekun vurulub.

 

07:24

Futbol üzrə dünya çempionatının Əlcəzair - Avstriya oyununda dördüncü qol vurulub.

Adalet.az-ın məlumatına görə, Kanzas stadionunda baş tutan J qrupunun III turunun matçında Əlcəzair yenidən hesabı bərabərləşdirib - 2:2.

60-cı dəqiqədə Riyad Mahrez tablodakı rəqəmləri eyniləşdirib.

07:20

Futbol üzrə dünya çempionatının Əlcəzair - Avstriya oyununda üçüncü qol vurulub.

Adalet.az-ın məlumatına görə, Kanzas stadionunda baş tutan J qrupunun III turunun matçında avropalılar hesabda irəli çıxıblar - 2:1.

55-ci dəqiqədə Marsel Zabitçer fərqlənib.

07:08

Futbol üzrə dünya çempionatının Əlcəzair - Avstriya oyununda ikinci hissə başlayıb.

Adalet.az-ın məlumatına görə, Kanzas stadionunda baş tutan J qrupunun III turunun matçında bərabərlik var - 1:1.

Qarşılaşmanı özbəkistanlı FIFA referisi İlgiz Tantaşev idarə edir.

06:51

Futbol üzrə dünya çempionatının Əlcəzair - Avstriya oyununda ilk hissə bitib.

Adalet.az-ın məlumatına görə, Kanzas stadionunda baş tutan J qrupunun III turunun matçında bərabərlik var - 1:1.

Qarşılaşmanı özbəkistanlı FIFA referisi İlgiz Tantaşev idarə edir.

06:47

Futbol üzrə dünya çempionatının Əlcəzair - Avstriya oyununda ikinci qol vurulub.

Adalet.az-ın məlumatına görə, Kanzas stadionunda baş tutan J qrupunun III turunun matçında Əlcəzair hesabı bərabərləşdirib - 1:1.

45-ci dəqiqədə Rafik Belqali "status-kvo"nu bərpa edib.

06:31

Futbol üzrə dünya çempionatının Əlcəzair - Avstriya oyununda ilk qol vurulub.

Adalet.az-ın məlumatına görə, Kanzas stadionunda baş tutan J qrupunun III turunun matçında avropalılar hesabı açıblar - 1:0.

28-ci dəqiqədə Marko Arnautoviç fərqlənib.

06:00

Futbol üzrə dünya çempionatının Əlcəzair - Avstriya oyunu başlayıb.

Adalet.az-ın məlumatına görə, J qrupunun III turunun matçı Kanzas stadionunda keçirilir.

Qarşılaşmanı özbəkistanlı FIFA referisi İlgiz Tantaşev idarə edir.