"Elektrik avtomobili idxal edənlər vergidən azad olunmalı deyil" - Deputat
"Elektrik avtomobillərinin idxalı ilə bağlı vergilərdə rüsumları azad etmişik. Əgər köhnə avtomobillərin ölkəyə daxil olmasını qadağan etmək istəyiriksə, yaxud, hamının elektrik avtomobili almasını stimullaşdırmaq istəyiriksə, bu çox yaxşıdır. O zaman köhnə avtomobillərə, benzinlə işləyən avtomobillərə daha çox idxal rüsumu tətbiq olunmalıdır. Məsələn, 3 ildən artıq istifadə olunan avtomobillərin ölkəyə girişinə qadağa qoyulmalıdır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
"Bir adam 1000 manatlıq telefon alanda idxal rüsumu ödəyirsə, 21-22 min manatlıq elektrik avtomobili alan adam niyə vergi ödəməsin? Vergini hamı ödəməlidir. Onu idxal edən də ödəmlidir. Bilmirəm bu avtomobillərin idxalı ilə hansı şirkətlər məşğuldur. İstəyiriksə bunu stimullaşdıraq, o halda digərlərinə vergini artırmalıyıq ki, onlar gətirməsinlər. Elektrik avtomobili idxal edənlər vergidən azad olunmamalıdır", - deyə deputat bildirib.
Digər Xəbərlər
24 Oktyabr 2026 11:34
“Zəfərdən sonra Qubadlının iqtisadiyyatı 35 dəfə böyüyüb”
24 Oktyabr 2026 11:14
“Belə böyük bazarla Azərbaycanın iqtisadi əlaqələri hələ mövcud potensialdan...”
24 Oktyabr 2026 10:15
Dünya bazarlarında neft bahalaşdı
23 Oktyabr 2026 20:01


Bakı -°C

