Elektrobuslar fəaliyyətə başladı
Bakıda bir neçə marşrut xətləri üzrə elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.
Bu barədə Adalet.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, AYNA tərəfindən dayanıqlı və təhlükəsiz ictimai nəqliyyatın təşkili, avtobus parkının yenilənməsi istiqamətdə davamlı tədbirlər icra edilir: “1, 5, 14, 21 və 88A nömrəli marşrut xətləri üzrə BYD markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb”.
Məlumatda qeyd edilib ki, elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib: “Bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub”.
Digər Xəbərlər
28 Avqust 2026 16:38
Kəlbəcərə diametri 15–20 mm olan dolu yağıb - FAKTİKİ HAVA
28 Avqust 2026 09:48
DİN kirayəyə ev axtaran tələbələrə müraciət etdi
27 Avqust 2026 11:41
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
27 Avqust 2026 10:34


Bakı -°C

