adalet.az header logo
  • Bakı -°C
12 Fevral 2026 13:41
61
ŞOU-BİZNES
A- A+

Əməkdar artist: “Bu məsələdə heç kəsi günahlandırmaq istəmirəm”

Uzun zamandır efirlərdə görünməyən Əməkdar artist Almaz Ələsgərli şəxsi həyatından danışıb. 

Adalet.az bildirir ki,  illər əvvəl dünyasını dəyişən qardaşın ölüm səbəbindən söz açıb:

“Nə olursa olsun, qardaş qardaşdır. Cavan dünyasını dəyişdi. 47 yaş nədir ki? Rəhmətlik Cabir İmanovla dost idilər, birlikdə gedirdilər balıq tutmağa. Balıq tutmağın azarkeşi idi. 

Yoldaşına dedi ki, gedirəm balıq tutmağa. İki gün keçdi gəlmədi.  Yoldaşı bizə zəng etdi ki, artıq 3 gündür telefonuna zəng çatmır.
Onu axtarmağa başladıq. 8 gün sonra ləpələr onu Türkan dənizinə qədər aparmışdı. Burda heç kəsi günahlandırmaq istəmirəm. Çünki hadisələr  bizim yanımızda baş verməyib axı”.
 

Əntiqə