adalet.az header logo
  • Bakı -°C
29 Iyul 2026 11:18
70
ŞOU-BİZNES
A- A+

Əməkdar artist: “Heç kəsin haqqı yoxdur ki…”

Əməkdar artist Nüşabə Ələsgərli ailəsi ilə bağlı diqqətçəkən məqama aydınlıq gətirib. 

Adalet.az bildirir ki, o, övladının boşanmış xanımla evlənməsinin əleyhinə olduğunu söyləyib:

“Mən həyat yoldaşımla ailə quranda o subay idi. Mən isə evlənib boşanmış qadın idim. Aramızda 6 yaş fərq var idi. Məndən çox anam bu münasibətə narazı idi. Çünki 32 yaşlı subay bir oğlanın 38 yaşlı boşanmış bir qadınla evlənməsi adətən bizim mentalitetdə qəbul olunan hal deyil. 
Mən də anayam subay oğlum var.  Sizə doğrusunu deyəcəm, istəmərəm subay oğlum boşanmış qadınla evlənsin. Hər bir ana oğluna toy etməyi arzulayır. Heç kəsin haqqı yoxdur ki, anların arzusun gözündə qoysun”.

Əntiqə