Əməkdar artist: “Onun haqqında mənfi rəyləri heç cür qəbul etmirəm”
Əməkdar artist Tahir İmanov qardaşı Cabir İmanovdan danışıb.
Adalet.az bildirir ki, o,qardaşı ilə bağlı xatirələrini dilə gətirib:
“O, çox fərqli adam idi. Zarafatlarında da bir ciddiyyət var idi. Çox danışmağı, o qədər də sevmirdi. Son zamanlar isə ancaq vəsiyyət xarakterli cümlələr işlədirdi. Mənə elə gəlirdi ki, vaxt məhdudiyyətindən belə edir. Bəlkə də hiss etmişdi bu gedişini. Olduqca səmimi insan idi. Mən indi onun haqqında qardaşım kimi yox, hər kəsin sevimlisi Cabir İmanov kimi danışıram. Onun haqqında keçmiş zamanda danışmaq mənə çətindir. Onun haqqında mənfi rəyləri heç cür qəbul etmirəm. Dünyasını dəyişən bir adam üçün belə ifadələr işlətmək mənəviyyatsızlıqdır. O, savadı, intellekti və istedadı ilə seçilirdi”.
Əntiqə


Bakı -°C

