Əməkdar artist: “Onunla elə dərdləşirəm ki, sanki…”
Bu gün mərhum xanəndə Səxavət Məmmədovun doğum günüdür. Xanəndənin qardaşı əməkdar artist Firuz Səxavət qardaşı ilə bağlı xatirələrini
Adalet.az-a danışıb:
“Baxmayaraq ki, aramızda böyük bir yaş fərqi var, yəni mən məktəbli olanda artıq Səxavət el şənliklərində iştirak edirdi. Biz rayonda yaşayırdıq, o isə Bakıda. Amma tez- tez evimizə gəlirdi. Uşaq idim, məni də toylara aparıb həvəskar kimi oxudurdu. Elə gün yoxdur ki, Səxavəti xatırlamayaq. İndi çox şükür, Qarabağ işğaldan azaddır.Tez- tez məzarına gedirəm, onunla elə dərdləşirəm ki, sanki heç ölməyib. Baxmayaraq ki, 34 ildir dünyasını dəyişib, hələ də yoxluğuna inanmıram. Elə bilirəm hardasa qostrol səfərinə gedib, qayıdacaq. Hər dəfə onun qəbrin ziyarət edəndə qəribə hisslər keçirirəm. Axı uzun illər bu ziyarətə həsrət idik. (kövrəlir)
Səxavət Ağdamın işğal olunmasın görməmişdi. O vaxt hadisələr təz- təzə başlayırdı. Özünümüdafiə dəstələrinə silah-sursat aparırdı. Ağlına da gəlməzdi ki, Qarabağ işğal olunar.
Bəlkə də o, avtomobil qəzasında dünyasını dəyişməsəydi belə, Qarabağın işğalına ürəyi dözməzdi, ürəyi partlayardı. O, vətənpərvər oğul idi, mərd idi. Bu, həyatın qanunudur ki, hamımız dünyadan köçəcəyik. Amma nə xoş Səxavətin halına ki, böyük bir ad qoyub getdi, mahnıları dillər əzbəri oldu. Bir insan üçün, bir xanəndə üçün bundan gözəl hansı hiss ola bilər ki”?
Qeyd edək ki, xanəndə Səxavət Məmmədov 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında dünyasını dəyişib.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
27 Fevral 2026 12:14
“Addım-addım vətəndə” layihəsi Gəncədə
26 Fevral 2026 09:10
Xocalı: Unudulmaz yaddaşın musiqi ilə danışdığı axşam
25 Fevral 2026 18:50


Bakı -°C

