29 Aprel 2025 10:26
253
DÜNYA

Karni Trampa uduzarsa, ermənilər də Karnini müdafiəyə qalxar - ŞƏRH

Bu ilin yanvarında Kanadanın Baş naziri Castin Trüdo 9 ildən sonra vəzifəsindən ayrılır. Trüdo 2015-ci ildən bəri baş nazir vəzifəsini icra edirdi.
Məlumatlarda deyilirdi ki, Donald Trampın Kanadanın ABŞ-ın 51-ci ştatına çevrilməli olduğu ilə bağlı açıqlamaları və Kanadada tənəzzülə səbəb ola biləcək Kanada idxalına tariflər qoyması baş naziri bu qərara gəlməsinə səbəb olub. Castin Trüdo istefa açıqlamasında partiya daxilində münaqişələr olduğunu və belə bir atmosferdə partiya lideri kimi seçkiyə qatıla bilməyəcəyini dedi
53 yaşlı baş nazir, Liberal Partiya yeni bir lider seçənə qədər vəzifədə qalacağını və parlamentin 24 mart tarixinədək dayandırılacağını bildirdi...
Nəhayət Kanadada seçkilər başa çatdı.

Adalet.az xəbər verir ki, İlkin nəticələrə görə, bazar ertəsi Kanadada keçirilən parlament seçkilərində Liberal Partiyası qalib gəlib. Partiyanın lideri, Kanadanın hazırkı baş naziri Mark Karni ölkənin növbəti hökumətinə rəhbərlik edəcək.
Bu barədə “Azadlıq” radiosu məlumat yayıb .
Əvvəllər Kanada və Böyük Britaniyanın mərkəzi banklarına rəhbərlik etmiş 60 yaşlı iqtisadçı Mark Karni seçki kampaniyasını ABŞ ilə münasibətlərə yönəltməklə özünü anti-trumpist kimi göstərib.
Bu həmin Kanada Liberal Partiyasının lideri Mark Karnidir ki, saxta erməni soyqırımının 110-cu ildönümü ilə bağlı bəyanat yayıb.

“Aprelin 24-də mən on minlərlə kanadalı erməni və bütün dünyada milyonlarla insanla birlikdə Erməni Soyqırımının 110-cu ildönümünü qeyd edirəm.

Bu gün mən Osmanlı İmperiyasının sistemli şəkildə planlaşdırdığı və həyata keçirdiyi bu mənasız vəhşiliklərin qurbanı olmuş bir milyon yarım erməni qurbanını xatırlayıram. Həyatlarını, icmalarını və institutlarını yenidən qurmaq üçün inanılmaz çətinliklərin öhdəsindən gəlmək üçün cəsarət və mətanət göstərmiş sağ qalanlar haqqında da düşünürəm.

110 il keçməsinə baxmayaraq, bu soyqırımı hələ də onu törədənlər tərəfindən fəal şəkildə inkar edilir. Erməni xalqı təqib və zülmlə üzləşməkdə davam edir. Ən son, bunun faciəli nümunəsi 2023-cü ilin sentyabrında 120.000-dən çox yerli erməninin Dağlıq Qarabağdan məcburi köçkünə çevrilməsi, aylar davam edən qeyri-qanuni blokadadan sonra onları əsas insan hüquqlarından məhrum etdi.

Bu gün biz həyatını itirənləri xatırlayırıq və ayrı-seçkilikdən və nifrətdən azad, daha güclü, daha tolerant Kanada qurmaq öhdəliyi götürürük".

Gedib öz ölkəsini Trampın caynağından qopartmır, gəlib Azərbaycan üçün hərbə-zorba göstərir....

Yeri gəlmişkən, Karni qələbədən sonrakı çıxışında Trampı Kanadanı ələ keçirməyə çalışmaqda ittiham edərək, bu cəhd dəf edilməli olduğunu vurğuladı: "Amerikalılar bizim resurslarımızı, suyumuzu, torpağımızı, ölkəmizi istəyirlər. Əgər uğur qazansalar, həyat tərzimizi məhv edəcəklər. Amerika Kanada deyil. Kanada heç vaxt heç bir şəkildə və ya formada Amerikanın bir hissəsi olmayacaq".

P.S. Ümid edirik, Karninin Trampla mübarizəsinin sonunda eyni tərkibli bəyanatla erməni xalqı da Karni hakimiyyətini müdafiə etməyə çalışdığını bəyan edər.


Əntiqə Rəşid