Ən böyük separatçı olan Qorbaçovdan ermənilərə 20 fevral JESTİ

Ötən günkü "Ermənistanı türklərdən təmizləməli" deyilən gün faciələrin başladığı gündür” məqaləsində 19 fevralda həm İrəvanda, həm Bakıda Qarabağla bağlı böyük miqyasda mitinlərin başlandığını qeyd etdik.
Adalet.az xəbər verir ki, İrəvandakı mitinq Qarabağdakı erməniləri həvəsləndirdiyi qədər, Bakıdakı mitinq də onları bir xeyli aqressivləşdirdi. Amma bu mitinq azərbaycanlıları sakitləşdirmir. Eyni zamanda fevralın 19-da Ağdamda da mitinqlər başlayır.
Onsuzda Kremlə səslərini çatdırdırmaq üçün daha geniş və mütəşşəkil mitinq üçün hazırlıqlara hələ 1987-ci ildən başlanmışdılar. Xankəndidə baş verən 2 mitinq mütəşəkkil mitinqə başlamağın “siqnal”ı idi.
Beləliklə, 1988-ci il 20 fevralda ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında 3 min nəfərin iştirak etdiyi növbəti mitinqlərini keçirirlər. Fevralın 19-dan Ağdamda başlayan mitinqi dayandırmaq məqsədi ilə fevralın 21-də Sov.İKP MK Siyasi Bürosunda Qarabağ məsələsinə baxılacağı barədə məlumat veriləcəyi deyilir.
Amma 20 fevralda DQMV xalq deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi.
Məlumat ildırım sürəti ilə Azərbaycana yayılır və haqqı tapdanan ,əli konstitusiyadan və ədalət prinsiplərindən çıxmış Azərbaycan xalqı anlayır ki, Qorbacova ümid edib problemin həllinə nail olmaq artıq gecdir. 21 fevralda ermənilərin qərarına susan bunu pisləməyən Kremlin susqunluğu azərbaycanlıları növbəti haqq yürüşünə, daha geniş miqyaslı yeni etiraz mitinqi keçirməyə məcbur qoydu.
Tarixə yenidən nəzər salaq və heç vaxt unutmayaq... Bizi izləyin...
Əntiqə Rəşid
Digər Xəbərlər

Amerikalılar Trampı Zelenskidən daha çox diktator hesab edir
jpg-1740144100.jpg)
Makuntsın paylaşımı: Strateji tərəfdaşlıq xartiyası canlanır?

Peskovdan gizli danışıqlarla bağlı açıqlama

Roma Papası taxtdan imtina edə bilər

FTB-nin yeni direktoru: Bu hindli ABŞ təhlükəsizliyinə cavabdehdir

Türkiyə ilə danışıqların nəticə verəcəyinə ümid edirik

Tramp yeni saziş təklif etdi, Zelenski razılaşa bilər
