Ərdoğan: Cənubi Qafqazda qalıcı sülhün təmini üçün atılan addımlar məmnunluq doğurur

Cənubi Qafqaz və Orta Asiyada qalıcı sülhün və rifahın təmin edilməsi üçün son zamanlar atılan addımlar məmnunluq doğurur.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Dövlət Başçıları Şurasının Zirvə Toplantısının Genişləndirilmiş İclasında deyib.
Onun sözlərinə görə, bu addımlar bəşəriyyət, iqtisadi və ticarət münasibətlərinin inkişafı üçün önəmlidir:
"Orta Asiyada qardaş ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərdə işbirliyimiz artır. Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımlar sadəcə qardaş ölkələr üçün deyil, bölgənin inkişafına töhfə verəcək".
Digər Xəbərlər

Prezident Tiencində “ŞƏT+” görüşündə çıxış edib - FOTOLAR - YENİLƏNİB

Prezident: Zəngəzur dəhlizi Orta Dəhlizin daha bir mühüm seqmenti olacaq

İlham Əliyev: Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır

Prezident: Azərbaycan Çinin qlobal inkişaf və qlobal təhlükəsizlik təşəbbüslərini dəstəkləyib

İlham Əliyev: Azərbaycan-Çin əlaqələri yeni mərhələyə yüksəlib

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT-in bütün qərarları etibarsız elan edildi

ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinə xitam verildi
