Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqəsində sülhün uzaqda olmadığını deyib.
Adalet.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlaması zamanı danışıb.
Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşünün dərin məzmunlu keçdiyini qeyd edib.
"Görüş zamanı sülh səylərini müzakirə etdik. Türkiyənin bu məsələdə harada dayandığını bütün aktorlar kimi Vladimir Putin də çox yaxşı bilir. Biz bu müharibənin artıq çoxdan bitməli olduğunu düşünürük və bunu bütün tərəfdaşlarımıza açıq şəkildə deyirik", o deyib.
Türkiyə Prezidenti bildirib ki, rusiyalı həmkarını ölkəsində gözlədiyini də qarşı tərəfə çatdırıb.
"Görüşümüz zamanı xüsusilə ona hər an onu gözlədiyimi ifadə etdim. Bunun üçün də ən qısa zamanda bir araya gəlməli olduğumuzu müzakirə etdik. O da "sözümü yerinə yetirəcəyəm" dedi. Ümid edirəm ki, bu səfəri ən yaxın zamanda reallaşdırarıq".
R.T.Ərdoğan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın da prosesdə iştirakına diqqət çəkib.
"Trampın fəal rol alması ilə yanaşı, biz də ABŞ-ni təşviq edirik. Xarici işlər naziri Hakan Fidanın ABŞ-dəki aidiyyəti şəxslərlə daimi əlaqəsi davam edir. Biz də zaman-zaman liderlərlə telefon diplomatiyası aparırıq. Putinlə keçirdiyimiz bu görüşdən sonra, inşallah, ABŞ Prezidenti Tramp ilə də sülh planını dəyərləndirmək imkanı taparıq".
Digər Xəbərlər
03 Mart 2026 09:23
"İran Hörmüz boğazından keçmək istəyən tankerləri vuracaq" - SEPAH generalı
02 Mart 2026 20:00
“Ən böyük əməliyyatlar yaxın vaxtda olacaq” - Trampdan İran üçün şok anons
02 Mart 2026 19:51
Bəhreyn İranın 70 raketini VURDU
02 Mart 2026 19:47


Bakı -°C

