Erkən müayinə ilə profilaktik müayinə arasındakı fərq nədir? - Nahid Məhərrəmov
“Erkən müayinə ilə profilaktik müayinə arasındakı fərq əsasən məqsəd və yanaşma baxımından müəyyən edilir. Hər ikisi də sağlamlıq problemlərinin erkən mərhələdə aşkar edilməsi üçün vacibdir, amma tətbiq sahələri fərqlidir”.
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov açıqlayıb.
Onun sözlərinə görə, erkən müayinənin əsas məqsədi xəstəliklərin hələ klinik əlamətlərinin verməməsindən əvvəl onların erkən aşkar edilməsi və qarşısı alınmasıdır: “Əsasən genetik meyillər, risk faktorları və xəstəliklərin əvvəlki mərhələlərinə fokuslanılmalıdır. Siqaret çəkənlərdə ağciyər xərçənginin erkən diaqnozu və genetik ürək xəstəliklərinə meyilli olan şəxslərdə ürək xəstəliklərinin erkən müəyyənləşdirilməsi erkən müayinənin bariz nümunəsidir”.
Terapevt bildirib ki, profilaktik müayinə xəstəliklərin qarşısını almağa yönələn və ümumilikdə sağlamlığın qorunmasına xidmət edən bir yanaşmadır: “Bu müayinələr müəyyən bir xəstəlikdən əvvəl və ya müəyyən bir yaşda risk faktorlarına görə mütəmadi olaraq aparılır. Profilaktik müayinələr sağlamlıq vəziyyətini ümumi olaraq izləyir və xəstəliklərin yaranmasının qarşısını almağa yönəlir. Məqsəd - sağlamlığın qorunması və xəstəliklərin qarşısının alınması, riski olan faktorların azaldılmasıdır”.
Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, əsasən ümumi sağlamlıq vəziyyəti, həyat tərzi faktorları və xəstəliklərin profilaktikası mühüm əhəmiyyət kəsb edir. Məsələn, süd vəzi müayinəsi (mammoqrafiya) və ya “PAP smear” testi xərçəngin qarşısını almaq üçün istifadə olunur. Nəticə olaraq, erkən müayinə daha çox xəstəliklərin erkən mərhələlərində aşkar edilməsinə yönəlirsə, profilaktik müayinə isə daha çox sağlamlığın qorunması və xəstəloklərin qarşısını alınması məqsədi daşıyır. Hər iki yanaşma uzunmüddətli sağlamlıq və həyat keyfiyyətinin artırılması baxımından vacibdir”.
Digər Xəbərlər
23 Sentyabr 2026 09:32
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
22 Sentyabr 2026 14:26
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
22 Sentyabr 2026 10:39
Saxta kosmetik məhsulu necə tanımaq olar? - Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ
22 Sentyabr 2026 10:37
Gigiyenik sertifikatı olmayan məhsulla bağlı nələri bilməliyik?
21 Sentyabr 2026 07:23
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
18 Sentyabr 2026 15:56
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
17 Sentyabr 2026 17:36
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
16 Sentyabr 2026 15:54


Bakı -°C

