Erməniəsilli şahid: Minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesində Qarabağda yaşayan erməniəsilli şəxs Hayrapetyan Kamo Eduardoviç şahid qismində ifadə verib.
Adalet.az-ın məlumatına görə, şahid ifadəsində bildirib ki, Ruben Vardanyan Xankəndiyə gəldikdən sonra 44 günlük müharibədə Azərbaycanın qaytardığı ərazilərin sərhədlərində onun maliyyəsi ilə minalanma işləri aparılıb. O qeyd edib ki, həmin minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib. “Xankəndidə yaşayan ermənilər də Qarabağ ərazisində minalanma işlərinin Ruben Vardanyan gələndən sonra geniş vüsət aldığını biliblər. Məktəblərdə, binaların ətrafında, meşələrdə və boş ərazilərin yaxınlığında həmin minalarla bağlı məlumat xarakterli plakatlar yerləşdirilib. Halbuki 44 günlük müharibəyə qədər minalarla bağlı heç bir plakat olmayıb”, - deyə şahid əlavə edib.
Məhkəmə prosesi martın 18-də davam etdiriləcək.
Digər Xəbərlər
04 Oktyabr 2026 18:32
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
03 Oktyabr 2026 17:50
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
03 Oktyabr 2026 11:46
Polis bir gündə 57 nəfəri saxladı
02 Oktyabr 2026 11:47
Qaxda əməliyyat - İki nəfər həbs edildi
01 Oktyabr 2026 18:17
5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - VİDEO
01 Oktyabr 2026 10:24
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edildi
30 Sentyabr 2026 13:49
Bərdədə 26 yaşlı gənc qətlə yetirildi
30 Sentyabr 2026 10:19


Bakı -°C

