Ermənilər Qüdsdə yəhudilərə meydan oxuyur: "Çirkli vergilər..."

Qüdsdə yerləşən Erməni Patriarxlığı yenə İsrail hakimiyyətinə qarşı yeni ittihamlar səsləndirib.
Adalet.az xəbər verir ki, Qüds Erməni Patriarxlığı tarixi daşınmaz əmlakının Qüds Bələdiyyəsi tərəfindən müsadirə prosesi ilə bağlı təcili bəyanat yayıb.Guya İsrail hakimiyyəti kilsənin müqəddəs torpaqlarda mövcudluğunu azaltmaq məqsədi ilə bu dini təşkilatdan “ədalətsiz, məqsədyönlü və çirkli vergilər” alır.
Yerusəlim Erməni Patriarxlığının X səhifəsində qeyd olunur ki, Qüds Bələdiyyəsi 1994-cü ildən bəri yarandığı iddia edilən icma borclarını toplamaq üçün Patriarxlığın əsrlər boyu ona məxsus olan əmlakını ələ keçirməyə və hərraca çıxarmağa çalışır.
Kilsə deyir ki, bu iddialar "hüquqi proseslərdə heç vaxt sübuta yetirilməyib və indiyə qədər heç vaxt ənənəvi təcrübələrlə həyata keçirilməyib".
Təşkilat xəbərdarlıq edib ki, müsadirə prosesi davam edərsə, bu, "Qüdsdəki bütün xristian icmalarına qarşı gərginliyə səbəb ola bilər".
Qüds Erməni Patriarxlığının bəyanatında deyilir: “Əgər Allah eləməsin, Patriarxlığın vəsatəti rədd edilərsə, Qüds Bələdiyyəsi Patriarxlığa məxsus daşınmaz əmlaka həbs qoyacaq və məhkəmədə heç vaxt sübuta yetirilməmiş iddia edilən mübahisəli borcları geri almaq üçün onu hərraca çıxaracaq”.
Qeyd edək ki, Bildiyiniz kimi uzun müddətdir Qüdsdə ermənilərlə yəhudilər arasında toqquşmalar baş verir. Hətta son zamanlar erməni mediası da yazırdı ki, erməni din xadimləri gənclərlə birgə yəhudilərə qarşı “əsl döyüş”ə başlayıb baş verib.
Bəli, Qüdsdə yəhidilərin ermənilərə hücumu vaxtaşırı baş verir. Ermənilərin qədim məhəllədə - “İnək bağı” adlanan “Erməni məhəlləsi”ndə məskunlaşması və özlərini “yerli” sayması, eyni zamanda Qüdsdə kompakt yaşadıqları əraziyə yəhudiləri buraxmaması yəhudiləri həmişə qıcıqlandırıb. Ermənilərə yəhudilər arasında nifrət həm də buna görədir.
İndi isə erməni kilsəsi Qüdsdə yerləşən digər xalqlara məxsus kilsələri də ələ alaraq İsrailin vergi orqanlarına qarşı etiraza çıxıblar.
Beləki, Qüdsdəki erməni kilsə xadimləri və müxtəlif xristian kilsələrinin rəhbərləri Qüds Bələdiyyəsinin kilsə əmlaklarına bələdiyyə vergisi (Arnona) tətbiq etmək qərarına qarşı birləşiblər.
The Jerusalem Post xəbər verir ki, bazar günü Patriarxlar və Kilsə Başçıları adından yaydıqları birgə bəyanatda liderlər bələdiyyənin kilsələrlə mülki hakimiyyət arasında əsrlər boyu əldə edilmiş tarixi razılaşmalara zidd olduğunu iddia etdikləri bu addımından dərin narahat olduqlarını bildiriblər .
Məlumatda vurgulanır ki, Patriarx III Teofilos, Yunan Ortodoks Patriarxlığı- Patriarx Nurhan Manuqyan, Erməni Apostol Pravoslav Patriarxlığı- Arxiyepiskop Pierbattista Pizzaballa, Apostol Administratoru, Latın Patriarxlığı- Fr. Françesko Patton, Müqəddəs Torpaqların Mühafizəsi - Arxiyepiskop Anba Antonous, Kopt Pravoslav Patriarxlığı, Qüds - Arxiyepiskop Sverios Malki Murad, Suriya Pravoslav Patriarxlığı - Arxiyepiskop Aba Embakob, Efiopiya Ortodoks Patriarxlığı-Zepolka-Jo-Jo-Joulk riarxat - Arxiyepiskop Mosa El-Hage, Maronit Patriarx Eksarxlığı- Arxiyepiskop Suheil Dawani, Yerusəlim və Yaxın Şərq Yepiskop Kilsəsi - Yepiskop İbrahim Sani Azar, İordaniya və Müqəddəs Torpaqdakı Yevangelik Lüteran Kilsəsi - Yepiskop Pierre Malki, Suriya Katolik Ekssarxı Patriarxlığı, Georges Dankaye Patriarxlığı, Erməni Katolik Patriarx Ekzarxlığı birgə bəyanat imzalayaraq İsrailin bu çətin və həssas dönəmlərində ölkəyə qarışıqlıq salır, hökümətə arxadan zərbə vurmağa çalışır.
P.S. Ermənilərin yaşadığı ölkələrdə məhz müharibə və münaqişə başlayanda təxribatçı əməllər törətməsi ilk dəfədir ki, deyil. Hələ 1914-1915-ci illərdə müharibə məngənəsində əziyyət çəkən Osmanlı Türkiyəsinə qarşı da eyni əməlləri törətmişdir. Əvvəlcə belə təxribarçı əməllər , sonra isə terrorçu hücumlar, dahqa sonra soyqırım hərəkətləri ilə yaşadıqları ölkəni gücdən salmağa çalışıblar. Odur ki, Türkiyə o dövrdə ermənilərin bir çoxunu ölkəsindən qovmuşdu.
Əntiqə
Digər Xəbərlər

Fidandan Rusiya-Ukrayna danışıqları ilə bağlı AÇIQLAMA

Avropa Ukraynaya 30 minə yaxın hərbçi göndərə bilər

Ermənistanda Konstitusiyanın yeni mətni hazırlanır - Nazirdən AÇIQLAMA
