Ermənilərin Qarni dediyi Gərni məbədi yenidən "təmir"də:TƏCAVÜZ
jpg-1746085294.jpg)
Artıq 5 ildən çoxdur ki, Ermənistan ərazisində qədim Alban və Oğuz Türklərinə aid tarixi tikililər dünyaya "erməni irsi" kimi sırınır və yenidən “təmir və bərpa “ işləri adı altında sökülür, qədim forması dəyişdirilir, erməni xaçları ilə bəzədilir.
Məlumdur ki, ermənilərin bu prosesə başlamaqda məqsəd indiki Ermənistan ərazisində azərbaycanlıların yaşamadığını, burada onların heç bir tarixi irsi olmadığını "sübut etməkdir". Ən pisi isə odur ki, bəzi ermənipərəst dövlətlərin elm adamları da bu işə qoşularaq erməniləri məqsədinə daha da yaxınllaşdırır.
Fransa, Almaniya, ABŞ tarixçi və arxeoloqlarının adıgedən məbəd, abidə, monastır, qala və körpülərdə birgə araşdırma aparması adi hal olub. Hətta ötən il erməni mediayası yazdı ki, ABŞ-ın Ermənistandakı səfirinin Mədəni Dəyərlərin Qorunması Fondu qədim tikililərin bərpa işlərinə, gücləndirmə işlərinə 175 min dollar ayırıb.
Ermənistan növbəti bir məbədi erməniləşdirmək məqsədi ilə işə başlayıb.
Adalet.az xəbər verir ki, ermənilərin Qarni dediyi Gərni məbədinin hamamındakı mozaika bərpa olunacaq.
Bərpa layihəsinə dünən start verilib. Erməni mediası yazır ki, Mədəniyyət, İdman və Turizm Nazirliyi Qarni məbədinin hamamının mozaikasını bərpa etmək üçün İtaliyanın aparıcı bərpa mütəxəssisləri ilə əməkdaşlıq edir və onlar “Tarixi-Mədəni Qoruq-Muzeylərin və Tarixi Ətraf Mühitin Mühafizəsi Xidməti” SNCO-nun əməkdaşlarının müşayiəti ilə Qarni Tarixi Qoruğunu ziyarət ediblər:”Yerində keçirilən seminar zamanı italiyalı bərpaçılar Qarni Qoruğunun texniki komandası və xidmətin arxeoloji bərpa şöbəsi-laboratoriyasının bərpaçıları ilə görüşüb, fikir mübadiləsi aparıblar. Səfərin əsas məqsədi yaxın günlərdə həyata keçiriləcək zəruri məlumatların və sınaq nümunələrinin toplanması olub”.
Qeyd edək ki, tarixçilərə görə, Gərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının sağ sahilində Gög dağının ətəyində Ellər rayonunun Baş Gərni (03.01.1935-ci ildən Qarni) kəndində yerləşən Gərni bütpərəst məbədi I-II əsrə aiddir. Tədqiqatçılara görə, 1945-ci ildə məbəddə rəssam Martiros Saryan tərəfindən kəşf edilən yunan yazısında "Günəş Trdat" tərəfindən əsasının qoyulduğu qeyd olunur. Məbəd XVII əsrdə zəlzələ nəticəsində dağılıb, 1969-1974-cü illərdə bərpa edilib. Xristianlığın qəbul edilməsindən sonra saray kimi fəaliyyət göstərib. Məlumatlara görə, hazırda erməni bütpərəstlər məbədi mütəmadi ziyarət edib ibadətlərini yerinə yetirirlər. Hər il 136.000 turist məbədi görməyə gəlir. Məbədin divarlarında 9-10-cu əsrlərdə qazınmış ərəbcə yazılar da tapılıb. Məlum olduğu kimi, bütpərəst məbədi də qədim türklərə məxsusdur.
P.S.Bu "təmir və bərpa" əslində Alban və Oğuz Türk abidələrinə , o cümlədən atəşpərəstlik məbədi olan Gərniyə- ümumilikdə mədəni irsimizə təcavüzdür.
Əntiqə Rəşid
Digər Xəbərlər

"Qodonun intizarında" tamaşasına ictimai baxış olub - FOTO

Kukla festivalının Bakı mərhələsi yekunlaşdı

Sözlə Ucalan Bir İmperiyanın Gizli Qəhrəmanı: Şeyx Ədəbalı

Beynəlxalq Rəqs Günü münasibətilə hesabat konserti keçirilib

Multikulturalizm Mərkəzinin həmtəşkilatçılığı ilə Səmərqənddə konfrans keçirilib - FOTOLAR
jpg-1732270183jpg-1745836657.jpg)
Uydurmalardan ibarət erməni filminin nümayişi də ləğv edildi: İordaniyada

Möylə Mirzəliyev vəfat etdi
