Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdü
Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında bildirilir.
"Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir", - açıqlamada deyilir.
Digər Xəbərlər
28 Sentyabr 2026 22:00
İcra başçısı məmuru danladı - "Camaatın ağzından vurmayın" - VİDEO
28 Sentyabr 2026 19:07
Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? -DOSYE
28 Sentyabr 2026 19:04
Hazırda bu rayonların icra başçısı YOXDUR
28 Sentyabr 2026 17:38
Kamran Əliyev generallara yeni rütbələrini təqdim etdi
28 Sentyabr 2026 17:00
AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə bir sıra reysləri təxirə salındı
28 Sentyabr 2026 13:47
Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
28 Sentyabr 2026 13:15
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
28 Sentyabr 2026 12:12


Bakı -°C

