adalet.az header logo
  • Bakı -°C
11 Oktyabr 2026 08:49
80
GÜNDƏM
A- A+

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür.

Adalet.az xəbər verir ki, 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan ordusu Gəncədə daha bir terror törədib.

Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə Ermənistan ərazisindən "Skad-B" Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə "Qələbə parkı"nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib.

Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.